PharmEd

Profarma Pharmaceutical

Vita Balans

VITA BALANCE

 

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ.

 

TƏRKİBİ: Vitamin C – 60 mq, Vitamin E asetat stand. 50 % (Vitamin E – 10 mq) – 20 mq, Vitamin B3 – 18 mq, Vitamin B5 – 6 mq, Vitamin A asetat 500000 BV/q (Vitamin A – 800 mkq) -5, 33 mq, Vitamin B6 – 2 mq, Vitamin D -5 mkq, Vitamin B2 – 1,6 mq, Vitamin B1 - 1,4 mq, Vitamin K1 -20 mkq, Fol turşusu -200 mkq, Biotin -150 mkq, Vitamin B 12 -1 mkq, Dəmir fumarat (Dəmir – 14 mq)- 42,5 mq, Xrom xlorid stand.1 % (Xrom -100 mkq)- 30 mq, Sink oksid (Sink-12,5 mq) - 15,5mq, Manqan sulfat (Manqan – 1,1 mq) -3,1 mq, Natrium selenit (Selen – 23 mkq) -50 mkq, İkiəsaslı kalsium fosfat (Kalsium – 200 mq, Fosfor -143 mq) – 622 mq, Maqnezium hidroxlorid (Maqnezium-120 mq) – 324 mq, Mis qlükonat (Mis – 700 mkq) – 5 mq, Kalium yodid (Yod – 150 mkq) – 200 mkq, Lütein stand. 20 % gülməxmər bitkisindən alınmış (Lütein 1 mq) – 5mq, Resveratrol stand. 98% qırxbuğumdan alınmış (Resveratrol -0,98mq) – 1mq.

Köməkçi maddələr: Mikrokristallik sellüloza E460, Hidroksi propil sellüloza E463, Silisium E551, Bitki mənşəli maqnezium stearat E572, Çarpaz əlaqəli natrium karboksi metil sellüloza E468

 

VITA BALANCE orqanizmin əsas qidalı maddələrə olan gündəlik tələbatını tam ödəyə bilən qida əlavəsidir. Mineral və vitaminlərlə zəngin tərkibinə görə, Vita Balance təbii müdafiyəni artıraraq, immun sistemini qorumağa köməklik edir, əqli və fiziki aktivliyi artırır, insan bədəninin düzgün bir şəkildə fəaliyətini təmin edir.

İmmun sistemi

Vitamin A, C, D, dəmir, selen, sink, mis, Vitamin B6 və B12, immun sistemin normal funksiyasını təmin edir.

Yorğunluq və zəiflik

Maqnezium, dəmir, pantoten turşusu, niasin, vitamin B2, B6, B12, C orqanizmə yorğunluq və zəiflik ilə mübarizədə köməklik edir.

Enerji təmini

Maqnezium, dəmir, mis, manqan, fosfor, yod, biotin, niasin, pantoten turşusu, vitamin B1, B2, B6, B12, C maddələr və enerji mübadiləsini təmin edir.

Sinir sistemi və koqnitiv funksiyalar

Vitamin B1, B6, C, fol turşusu, biotin və niasin normal psixoloji funksiyaları tənzimləyirlər. Vitamin B1, B2, B6, B12, C, biotin, mis, maqnezium və yod sinir sisteminin normal funksiyasını təmin edirlər. Vitamin B6, dəmir, sink və yod koqnitiv funksiyalara müsbət təsir göstərirlər. Sümüklər

Maqnezium, fosfor, vitamin D, K, sink və manqan sümüklərin normal formalaşmasına imkan yaradırlar. Viatmin C, kolagen sümük və qığırdaq toxumasının normal formalaşmasına yardım edirlər.

Qan və Ürək

Dəmir qırmızı qan hüceyrələrin və hemoqlabinin formalaşmasında iştirak edir. B6 və B12 vitaminləri qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə köməklik edirlər. Fol turşusu qanyaranma prosesində iştirak edir. Vitamin B1 normal ürək fəaliyyəti üçün zəruridir. Xrom qanda qlükozanın səviyyəsini tənzimləyir. Vitamin C damar divarlarının elastikliyini təşkil edən kolagenin formalaşmasını təmin edir. Vitamin K qanın laxtalanmasına səbəb olur.

Dəri və Saç

Sink, yod, biotin, niasin, vitamin B2 və A vitaminləri dərinin normal saxlanılmasına imkan yaradırlar. Saçların qorunmasına sink, biotin və selen köməklik edirlər. Mis dəri və saçların piqmentasiyasına səbəb olur. Vitamin C dərinin normal formalaşmasında iştirak edir.

Görmə qabiliyyəti

Lütein, Vitamin A, B2 və sink görmə prosesində iştirak edirlər.

Qalxanvari vəzi

Yod qalxanvari vəzin hormonlarının istehsalında iştirak edir və qalxanvari vəzin normal funksiyasını təmin edir.

 

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR

Vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyyə olunan bioloji fəallığa malik qida əlavəsi

 

İSTİFADƏ QAYDALARI VƏ DOZA

14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə səhər.

 

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər

 

ƏKS GÖSTƏRİŞLƏR

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.

 

SAXLANMA ŞƏRAİTİ

25°C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

 

BURAXILIŞ FORMASI:

tablet №30 (3х10) blisterdə, karton qutu qablaşmada.

 

DƏRMAN VASİTƏSİ DEYİL

 

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB) İtaliya