
Profarma Pharmaceutical
Venosmil kapsul
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VENOSMİL 200 мг каpsullar
VENOSMIL
Beynalxalq patentləşdirilməmiş adı: Hidrosmin
Tərkibi:
Təsiredici maddə: hər kapsulda 200 mq hidrosmin vardır
Köməkçi maddələr:maqnezium stearat, gelatin, eritrozin (E127), sarı xinolin (E104) və
titan 4-oкsid (E171).
Təsviri
Narıncı rəngli kapsullardır.
Farmakoterapevtik qrupu
Flebotonik dərman vasitəsi.
ATC kodu: C05CA05.
Farmakoloji xüsusiyyətləri
Hidrosmin flavonoidlər qrupuna aid olub venaların varikoz genişlənməsinin və trombozun nəticəsi kimi meydana çıxan aşağı ətraflarda venoz durğunluğunu aradan galdırır.
İstifadəsinə göstərişlər
Venosmil xroniki venoz durğunluqla əlaqəli simptom (ağrı, şişkinlik, ayaqların aqırlaşması hissi) və ödemlərin qısa müddətli yüngülləşdirilməsi məqsədi ilə (2-3 аy) istifadə edilir.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq ( allergiya).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın keçmişdə qəbul etdiyiniz bütun dərman vasitələri barədə, hətta reseptsiz buraxılan dərman vasitələri barədə müalicə həkiminizi və ya əczaçını məlumatlandırın.
Venosmilin qida maddələri və digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat olmasa da, həkim məsləhəti olmadan digər dərman qəbul edilməməlidir.
Hamiləlik və laktasiyə dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya hamilə olmaq ehtimalınız varsa bu dərman vasitəsini qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşın. Venosmil dərman vasitəsinin hamiləlik zamanı qəbulu ilə əlaqədar əsaslandırılmış məlumatları olmaması ilə əlaqədar preparatın hamiləlik zamanı istifadəsi arzuolunmazdır.
Hidrosminин аnа südünə keçməsi ilə əlaqədar əsaslı məlumatlar olmadığı üçün laktasiya dövründə istifadəsi məsləhət deyildir.
İstifadə qaydası və dozası
Dərman vasitəsinin istifadəsi qaydası həkim tərəfindən müəyyənləşdirilir.
Daxilə qəbulu
Böyüklər:
Venosmil 1 ədəd 200 mq-lıq кapsul gündə 3 dəfə yemək zamanı daxilə qəbul edilir.Blisterdən çıxarılmış tablet dərhal, su və ya hər hansı bir maye ilə daxilə qəbul edilir.
Əlavə təsirləri
Bu dərman vasitəsi adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Ən çox rast gəlinən əlavə təsirlər həzm pozunluqları (mədə ağrıları, ürəkbulanma), dəri zədələnmələri( səpki və qaşınma) və sinir sistemi pozğunluqları şəkilində müşahidə olunur.
Hər hansı bir əlavə təsirlər müşahidə olunarsa, müalicə həkiminizlə və əczaçı ilə məsləhətləşin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı müalicə həkiminizlə məsləhətləşin.
Buraxılış forması
10 kapsul, blisterdə. 2 və ya 6 blister, içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.
Digər buraxılış forması
VENOSMİL gel, 60 q tubda, içlik vərəgə ilə birgə karton qutuya qablaşdırılır.
Sahlanma şəraiti
25° C-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlıq müddəti
Yararlıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxilma şərti
Resept əsasında buraxılır.
İstesalçi
FAES FARMA, S.A.
C/ Máximo Aguirre, 14
48940 Leioa (España-Espagne-Spain)