
Herba Flora
Urotea
UROTEA
Uroloji çay
Tərkibi:
Eleuterokok kökü və kökümsovu, ayıqulağı yarpağı, bostan şüyüdü meyvəsi, gülümbahar çiçəyi, istiotlu nanə yarpağı.
Kimyəvi tərkibi:
Eleuterokok kökü və kökümsovunun tərkibində liqnan qlikozidlər (A, B, C, D, E eleuterozidləri), efir yağları, flavonoidlər, qətranlar, nişasta, lipidlər, pektin maddələr, sərbəst şəkərlər və polisaxaridlər, aralin alkaloidi, mikroelementlər və s. vardır. Ayıqulağı yarpağının tərkibində arbutin (25%-ə qədər) və metilarbutin, sərbəst hidroxinon, piroqall qrupundan olan aşı maddələri (35%-ə qədər), qall (6%), ellaq, ursul (0,8%-ə qədər), xin və qarışqa turşuları, ellaqotanin, hallotanin, efir yağı (0,01%), uvaol, hiperozid, kversetin, izokversetin, askorbin turşusu (629 mq%-ə qədər), mum, mineral duzlar, K, Ca, Al, Ba, Zn və s. vardır. Bostan şüyüdü meyvəsinin tərkibində 5%-ə qədər efir yağı, 20% piyli yağlar, azotlu və azotsuz birləşmələr, şəkərlər, karotin və s. maddələr vardır. Gülümbahar çiçəyinin tərkibində 3%-ə yaxın karotinoidlər (karotin, rubiksantin, likopin, sitroksantin, violoksantin, flavoxrom, flavoksantin), parafin sırası karbohidrogenlər (sitosterin, gentriakontan), qətranlar (3,4%-ə qədər), triterpen qlikozidlər, flavonoidlər (narsissin, izokversitrin, ramnetin), efir yağı (0,02%-ə qədər), inulin, selik (2,5%), acı maddələr (kalenden 10%-ə qədər), üzvi turşular (alma, salisil), askorbin turşusu, Zn, Cu, Mo, Se və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları (mentol, menton, puleqon, mentofuran), izovalerian və sirkə turşusunun mentol ilə efirləri, karotin (40%-ə qədər), hesperidin, betain, ursul və oleanol turşuları, Zn, Se, Mo, Sr və s. maddələr vardır.
Farmakoloji təsiri:
İltihab əleyhinə, spazmolitik, antibakterial, sidikqovucu və orqanizmə ümumi tonuslandırıcı təsir edir, regenerasiya prosesini sürətləndirir.
İstifadəsinə göstəriş:
Pielonefrit, böyrəkdaşı xəstəliyi, sistit, uretrit, hamiləliyin II yarısının toksikozu (periferik ödemlər, nefropatiya), uroloji əməliyyatlardan sonrakı dövr, diabetik nefropatiya, enurez.
Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
Kəskin qlomerulonefrit və kəskin böyrək çatışmazlığı.
İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq tem-peraturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
Qəbul müddəti 2-4 həftədir.
Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.
Reseptsiz buraxılır.
Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.
Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
İstehsalçı: “Herba Flora” MMC
Sizə Sağlamlıq Arzulayırıq!