
Materia Medika
Tenoten uşaqlar üçün
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“ 12” oktyabr 2011-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TENOTEN uşaqlar üçün sorma tabletlər
TENOTEN
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q* S-100 beyinspesifik zülala qarşı affin
təmizlənmiş anticisimlər (təsiredici maddənin aktiv formasının sulu-spirtli
qarışığı şəklində) vardır.
Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, maqnezium-stearat.
* (sulu-spirtli qarışığın tərkibində 10 -16 nq/q-dan çox olmayan təsiredici maddə vardır).
Təsviri
Yastı-silindrik formada, ağ rəngdə, üzərində bölücü xətti olan, kənarları kəsik tabletlər.
Xətt olan yastı üzündə MATERIA MEDICA, digər yastı tərəfində isə TENOTEN yazısı
vardır.
Farmakoterapevtik qrupu
Anksiolitiklər, nootroplar.
ATC kodu: N05BX, N06BX.
Farmakoloji xüsusiyyətləri
Preparat sakitləşdirici, həyəcan əleyhinə (anksiolitik) təsir göstərərək, xoşagəlməz hipnogen
və miorelaksant effekt əmələ gətirmir. Psixoemosional gərginliyə dözümlülüyü yaxşılaşdırır.
Stress-protektor, nootrop, antiamnestik, hipoksiya əleyhinə, neyroprotektor, antiastenik,
antidepressiv təsirə malikdir.
İntoksikasiya, hipoksiya hallarında, kəskin beyin qan dövranının pozulmasında
neyroprotektor təsir göstərir, zədələnmiş sahəni azaldır, mərkəzi sinir sistemində (MSS)
öyrənmə və yaddaş proseslərini normallaşdırır. Lipidlərin peroksid oksidləşmə proseslərini
zəiflədir.
Beyində sinaptik (məlumat) və metabolik prosesləri birləşdirən S-100 zülalın funksional
aktivliyini modifikasiya edir. QAYT –mimetik və neyrotrofik təsir göstərərək, stress-limit
sistemin aktivliyini artırır, neyronal plastik proseslərin bərpa olunmasına səbəb olur.
İstifadəsinə göstərişlər
Nevrotik və nevrozabənzər hallar, psixosomatik xəstəliklər; yüksək əsəbi gərginlik, əsəbilik,
həyəcan və vegetativ reaksiyalarla stress pozğunluqlar.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq; 3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Tenoten preparatının istifadəsinin təhlükəsizliyi tədqiq
edilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeyd olunmayıb.
Xüsusi göstərişlər
Preparatın tərkibinə laktoza daxil olduğuna görə anadangəlmə qalaktozemiya, qlükoza ya
qalaktoza malabsorbsiya sindromu və ya anadangəlmə laktaza çatışmazlığı olan xəstələrə
təyin etmək məsləhət görülmür.
Uşaqlar üçün Tenoten preparatı aktivləşdirici xassəyə malik olduğu üçün preparatın son
qəbulu yuxudan 2 saat əvvəl olmalıdır.
İstifadə qaydası və dozası
Daxilə qəbul olunur. 1 qəbula – 1 tablet (ağızda tam həll olana qədər saxlanılır – qida qəbulu
zamanı olmaz). Ehtiyac olduqda tablet qaynadılmış ilıq suda həll oluna bilər. Gündə 1-3 dəfə
istifadə olunur. Müalicə kursu – 1-3 ay; ehtiyac olarsa müalicə kursu 6 aya qədər uzadılır və
ya 1-2 aydan sonra təkrar edilir.
Müalicədən sonra 3-4 həftə ərzində davamlı yaxşılaşma qeyd olunmasa, həkimə müraciət
etmək lazımdır.
Əlavə təsirləri
Qeyd olunan göstərişlər üzrə və göstərilən dozalanmada istifadə edildikdə əlavə təsirlər aşkar
olunamayıb.
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq mümkündür.
Doza həddinin aşılması
Bu günə qədər aşkar olunmayıb.
Buraxılış forması
Sorma tabletlər. 20 tablet, polivinilxlor örtükdən və alüminuim folqadan konturlu-yuvalı
qablaşdırmada. 1, 2 və ya 5 konturlu-yuvalı qablaşdırma (20, 40 və 100 tablet) içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdə istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
MMC “NPF “MATERİA MEDİKA HOLDİNQ”, 127473 Rusiya, Moskva şəhəri
3-cü Samoteçnı dön., ev 9