PharmEd

Materia Medika

Tenoten

TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2011-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

 

TENOTEN  sorma tabletlər

TENOTEN

 

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 0,003 q* S-100 beyinspesifik zülala qarşı affin

                                   təmizlənmiş anticisimlər vardır (təsiredici maddənin aktiv formasının

                                   sulu-spirtli qarışığı şəklində).

Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, maqnezium-stearat.

* (sulu-spirtli qarışığın tərkibində 10 -15 nq/q-dan çox olmayan təsiredici maddə vardır).

 

Təsviri

Yastı-silindrik formada, ağ rəngli,  bir üzündə bölmə xətti olan, kənarları kəsik tabletlər.

Xətt olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində isə TENOTEN yazısı vardır.

 

Farmakoterapevtik qrupu

Anksiolitiklər, nootroplar.

ATC kodu: N05BX, N06BX.

 

Farmakoloji xüsusiyyətləri

Preparat sakitləşdirici, həyəcan əleyhinə (anksiolitik) təsir göstərərək, xoşagəlməz hipnogen və miorelaksant effekt əmələ gətirmir. Psixoemosional gərginliyə dözümlülüyü yaxşılaşdırır. Stress-protektor, nootrop, antiamnestik, hipoksiya əleyhinə, neyroprotektor, antiastenik, antidepressiv təsirə malikdir.

İntoksikasiya, hipoksiya hallarında, kəskin beyin qan dövranının pozulmasında neyroprotektor təsir göstərir, zədələnmiş sahəni azaldır, mərkəzi sinir sistemində (MSS) öyrənmə və yaddaş proseslərini normallaşdırır. Lipidlərin peroksid oksidləşmə proseslərini zəiflədir.

Beyində sinaptik (məlumat) və metabolik prosesləri birləşdirən S-100 zülalın funksional aktivliyini modifikasiya edir. QAYT –mimetik və neyrotrofik təsir göstərərək, stress-limit sistemin aktivliyini artırır, neyronal plastik proseslərin bərpa olunmasına səbəb olur.

 

İstifadəsinə göstərişlər

Nevrotik və nevrozabənzər hallar, psixosomatik xəstəliklər; yüksək əsəbi gərginlik, əsəbilik, həyəcan və vegetativ reaksiyalarla stress pozğunluqlar.

Qeyri-sabit emosional fon, əsəbilik, yaddaşın zəifləməsi, vegetativ pozulmalarla müşayiət olunan MSS zəif dərəcəli üzvi zədələnmələri, o cümlədən travmatik və dissirkulyator mənşəli.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq; 18 yaşa qədər uşaqlar;

Uşaqlar üçün  Tenotenin xüsusi dərman forması (“Uşaqlar üçün Tenoten”)  istifadə olunur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Tenoten preparatının istifadəsinin təhlükəsizliyi tədqiq olunmayıb. Preparatın istifadəsinə ehtiyac olduqda fayda/risk nisbəti nəzərə alınmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qeyd olunmayıb.

 

Xüsusi göstərişlər

Preparatın tərkibinə laktoza daxil olduğuna görə anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktoza malabsorbsiya sindromu və ya anadangəlmə laktaza çatışmazlığı olan xəstələrə təyin etmək məsləhət görülmür.

Tenoten preparatı aktivləşdirici xassəyə malik olduğu üçün preparatın son qəbulu yuxudan 2 saat əvvəl olmalıdır.

 

İstifadə qaydası və dozası

Daxilə qəbul olunur. 1 qəbula – 1 və ya 2 tablet (ağızda tam həll olana qədər saxlanılır – qida qəbulu zamanı olmaz). Gündə 2 dəfə istifadə olunur; ehtiyac olduqda – gündə 4 dəfə. Müalicə kursu – 1-3 ay; ehtuyac olarsa, müalicə kursu 6 aya qədər uzadılır və  ya 1-2 aydan sonra təkrar edilir.

Müalicədən sonra 3-4 həftə ərzində davamlı yaxşılşma qeyd olunmazsa, həkimə müraciət etmək lazımdır.

 

Əlavə təsirləri

Qeyd olunan göstərişlər üzrə və göstərilən dozalanmada istifadə zamanı əlavə təsirlər aşkar olunamayıb.

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq mümkündür.

 

Doza həddinin aşılması

Bu günə qədər aşkar olunmayıb.

 

Buraxılış forması

Sorma tabletlər. 20 tablet, polivinilxlorid örtükdən və alüminuim folqadan konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

 

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan  temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

 3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

 

Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: [email protected]

 

Ünvan
Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54.

 

Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.

Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp.15

Tel.:+994124886892.

E-mail: [email protected]