
Herba Flora
Teasept
TEASEPT
Antiseptik çay
Tərkibi:
Evkalipt yarpağı, gülümbahar çiçəyi, dərman adaçayı yarpağı, aptek çobanyastığı çiçəyi, andız kökü, şirin biyan kö-kü, cökə çiçəyi.
Kimyəvi tərkibi:
Evkalipt yarpağının tərkibində efir yağı (sineol, pinen və s. terpenlərdən ibarət), üzvi turşular, aşı maddələri, acı maddələr və s. vardır. Gülümbahar çiçəyinin tərkibində 3%-ə yaxın karotinoidlər (karotin, rubiksantin, likopin, sitroksantin, violoksantin, flavoxrom, flavoksantin), parafin sırası karbohidrogenlər (sitosterin, qentriakontan), qətranlar (3,4%-ə qədər), triterpen qlikozidlər, flavonoidlər (narsissin, izokversitrin, ramnetin), efir yağı (0,02%-ə qədər), inulin, selik (2,5%), acı maddələr (kalenden 10%-ə qədər), üzvi turşular (alma, salisil), askorbin turşusu, Zn, Cu, Mo, Se və s. vardır. Dərman adaçayı yarpağının tərkibində efir yağı (0,5-2,5%), alkaloidlər, flavonoidlər, kondensasiya olunmuş aşı maddələri, ursul və oleanol turşuları, salvin, qətranlar, uvaol, paradifenol, B qrupu, P və PP vitaminləri, fitonsidlər, Fe, Zn, Sr və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində salisil və nikotin turşuları, C vitamini, acı maddələr, fitosterin, aşı maddələri, xolin, efir yağı (xamazulen, bisabolol, bisabolol oksidi və s.), flavonoid qlikozidi umbelliferon, dioksikumarin, şəkər, mum, piy, linol, palmitin, olein və stearin turşularının qliseridləri, Zn, Cu, Se və s. vardır. Andız kökünün tərkibində 44%-ə qədər inulin, saponinlər, acı maddələr, 4,3%-ə qədər efir yağı (helenin), qətran, selik, dihidroalantolakton, fridelin, dammaradienilasetat, dammaradienol, stiqmasterin, fitomelan, dayanıqsız polienlər və digər asetilen birləşmələri, pektinlər, mum, E vitamini, K, Ca, Se, B və s. vardır. Şirin biyan kökünün tərkibində 23%-ə qədər saponin-qlisirrizin (qlisirrizin turşusunun kalium və kalsium duzları), 30-a qədər flavonoid (likviritin, likurazid, qlabrozid, uranozid, kversetin, apigenin, ononin və s.), mono- və disaxaridlər (20%-ə qədər), nişasta (34%-ə qədər), pektinlər (6%-ə qədər), qətranlar (40%-ə qədər), acı maddələr (4%-ə qədər), fenolkarbon turşuları (salisil, sinap, ferul) və onların törəmələri (salisil turşusunun asetatı), kumarinlər (2,6%-ə qədər), aşı maddələri (14%-ə qədər), alkaloidlər, efir yağı (0,03%-ə qədər), üzvi turşular (sirkə, limon, alma, fumar), Fe, Sr, Se və s. vardır. Сökə çiçəyinin tərkibində 0,05% efir yağı (farnezol), flavon qlikozidi hesperidin, saponinlər, selik, karotin, askorbin turşusu, aşı maddələri, fitonsidlər, şəkər, K, Ca, Mn, Zn, Sr, Al və s. maddələr vardır.
Farmakoloji təsiri:
İltihab əleyhinə, antiseptik, fitonsid, büzücü və bürüyücü təsirə malikdir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə bakteriostatik, göbələk və ibtidailərə isə öldürücü təsir göstərir. Orqanizmin yerli müdafiə funksiyasını gücləndirir, regenerasiya və epitelizasiyanı sürətləndirir.
İstifadəsinə göstəriş:
Stomatit, gingivit, parоdontit, ağızgəlmə, zökəm, angina, tonzillit, laringit, faringit, traxeit, adenoidit, blefarit, konyuktivit. Ağızdan xoşagəlməz qoxu zamanı, diş çəkildikdə və diş protezlərindən istifadə zamanı damaq yaralarının müalicə və profilaktikasında təyin edilir.
Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
Qarqara üçün iki filtr-bağlamanın üzərinə 200 ml (1 stə-kan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperatu-runda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stə-kan) ilıq dəmləmə ilə yeməkdən sonra qarqara edilir.
Daxilə istifadə üçün:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperatu-runda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yemək-dən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
İnhalyasiya üçün dəmləmə eyni qaydada hazırlanır. Gün-də 3-4 dəfə isti dəmləmə ilə inhalyasiya edilir.
Qəbul müddəti 10 gündür.
Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.
Reseptsiz buraxılır.
Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.
Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
İstehsalçı: “Herba Flora” MMC