PharmEd

Profarma Pharmaceutical

Sinadvans

SİNADVANS

 

Tərkibi

Propolis (EG Propoli) - 0.3% - 1.000 ml     

Nazikyarpaq exinaseya (EG Echinacea angustifolia) - 0.500 ml

Ensizyarpaq yağı otu (EG Lythrum salicaria) -0.5000 ml

Qarağat (MG Ribes nigrum) - 0.500 ml

Adi kəklikotu (Timo o.e.) - 0.060 ml 

İstiot nanəsinin yağı (Mentha piperita o.e.) - 0.0600 ml 

Köməkçi maddələr: ikiəsaslı kalium fosfat, birəsaslı kalium fosfat, natrium xlorid, natrium benzoat, kalium sorbat.

 

Xüsusiyyətləri

Propolis bakteriostatik, bakterisid, iltihabəleyhinə, virusosid, ağrıkəsici, antikoaqulyant təsirlərə malikdir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Nazikyarpaqlı exinaseya qansaxlayıcı, allergiyaəleyhinə təsir göstərir, eləcə də immun sistemini stimulə edir. Tərkibində exinakozid, polisaxaridlər, efir yağları, polifenollar, flavonoidlər, alkaloidlər, betain, fermentlər və fitosterinlər vardır.

Ensizyarpaq yağıotu büzücü, iltihabəleyhinə, ağrıkəsici, qansaxlayıcı, yarasağaldıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr (3-4%), saponinlər (izləri), qlikozidlər, C vitamini, efir yağları var.

Qarağat  allergiyaəleyhinə və iltihabəleyhinə aktivliyə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.

Adi kəklikotu. Bu bitkinin əsas komponenti olan timol antiseptik, dezinfeksiyaedici və bakterisid xassələrə malikdir. O həmçinin patogen kokklara və göbələklərə qarşı bakterisid aktivlik göstərir.

İstiot nanəsi. Antiseptik, dezodorasiya edici və təravətləndirici təsirlərə malikdir.

 

Göstərişlər

· Sinusitlər;

· Burun tənəffüsünün müxtəlif mənşəli pozğunluqları (allergiya, qrip, soyuqdəymə və s.);

· Bronxial astma və öskürək zamanı kombinəolunmuş müalicənin tərkib hissəsi kimi istifadə    olunur.

 

İstifadə qaydası və dozası

Gündəlik hər burun keçəcəyinə 2-3 instilyasiya. Daha yaxşı effektə nail olmaq üçün vasitənin udlağa və qırtlağa çatdığından əmin olun. İstifadədən öncə flakonu çalxalayın.

 

Əlavə təsirləri

Müəyyən edilməmişdir.

 

Əks göstərişlər 

Tərkib hisəələrinə qarşı fərdi həssaslıq.

 

Ehtiyyat tədbirləri        

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.

 

Buraxılış forması

Sinadvans, nazal sprey - 25 ml.

DƏRMAN VASİTƏSİ DEYİL.

 

İstehsalçı

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya