
Profarma Pharmaceutical
Serimaq Sirop
SERİMAQ
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ.
Hər 5 ml şərbətin tərkibində:
QAYT (Gamma-amino-butyric acid) - 100 mq
Qlütamin (Glutamine) -150 mq
İnozitol (Inositol) - 40 mq
L-karnitin (L-carnitine) - 27 mq
Maqnezium (Magnesium) - 56 mq
Köməkçi maddələr: su, qlükoza siropu, limon turşusu, kalium sorbat, natrium
benzoat, sukraloza.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR
Baş beynin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan bioloji fəallığa malik
qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA
5 yaşdan yuxarı - 3 ml gündə 1 dəfə.
Təmiz və ya su ilə qarışdırılmış halda qəbul edilir. İstifadədən əvvəl çalxalayın.
ƏLAVƏ TƏSİRLƏR
Ağızda quruluq hissi, ağızın selikli qişasının qıcıqlanması, allergik reaksiyalar,
ürəkbulanma.
ƏKS GÖSTƏRİŞLƏR
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
SAXLANMA ŞƏRAİTİ
Quru, sərin və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
BURAXILIŞ FORMASI
SERİMAQ, şərbət 150 ml plastik flakonda, karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya