PharmEd

Ambiance

Sedative Drops

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

_____________  E.M.Ağayev

“9” fevral 2021-ci il

 

 

                             Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

 

SAKİTLƏŞDİRİCİ DAMCI

SEDATIVE DROPS

 

Tərkibi

Təsiredici maddə:    100 q tərkibində aşağıdakı dərman bitkilərinin etil spirti ilə alınmış ekstraktı

                                 (1:2) vardır: 25 hissə pişikotu kökü, 25 hissə badrənc otu, 20 hissə mələkotu

                                 kökü, 15 hissə mayaotu qozası, 15 hissə lavanda çiçəkləri (Extractum

                                 ethanol (1:2) comp.еx.: Valerianae radix – 25 h., Melissae herba – 25 h.,

                                 Angelicae radix – 20 h., Lupuli strobili 15 h., Lavandulae flos 15 h.).

Köməkçi maddələr: etanol.

 

Təsviri

Spesifik qoxulu, qəhvəyi-yaşıl rəngli mayedir.

 

Farmakoterapevtik qrupu

Hipnotik və sedativ vasitələr kombinasiyada.

ATC kodu: N05CX.

 

Farmakoloji xüsusiyyətləri

Sakitləşdirici damcının tərkibində aşağıdakı təsiredici maddələr vardır: mələkotu kökündə furankumarinlər qrupundan olan angelisin, badrənc otunda fenol turşuları qrupundan olan rozmarin turşusu, pişikotu kökündə valepotriatlar, mayaotu qozasında olan lupulin, həmçinin lavanda çiçəklərində olan efir yağı (Oleum Lavandulae).

Bunun hesabına preparat mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, ürəyin işinə, həmçinin mədə və bağırsağın funksiyalarına tənzimləyici təsir göstərir, spazmolitik aktivliyə malikdir. Stress vəziyyətlərində, psixoemosional gərginlik zamanı, nevrozlarda, əsəbilik zamanı, yuxusuzluqda istifadə olunması tövsiyə olunur.

 

İstifadəsinə göstərişlər

Preparat mərkəzi sinir sisteminin yüksək oyanıqlığı zamanı, sinir oyanıqlığı zamanı, həmçinin ürək döyüntüləri tezliyinin artması zamanı, aritmiyalarda və həzm traktının nevrotik vəziyyətlə bağlı disfunksiyalarında sakitləşdirici və ürəyin işini tənzimləyici dərman maddəsi kimi istifadə olunur.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Bütövlükdə orqanizmin oyanıqlığı ilə müşayiət olunan kəskin qastritdə və 12-barmaq bağırsağın iltihabı zamanı istifadə edilməsi tövsiyə olunmur.

 

 

 

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tərkibində alkoqol olduğu üçün həkim təyinatı olmadan 7 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

Bu vaxta qədər digər dərman maddələri ilə qarşılıqlı təsiri aydınlaşdırılmamışdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın ayrı-ayrı komponentlərinin ana südü ilə xaric olması barədə məlumat olmadığı üçün onu hamiləlik və laktasiya dövründə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın tərkibində 50-57% etanol vardır. Tövsiyə olunan dozanın yüksəldilməsi nəqliyyat vasitələrinin idarə olunması və maşınlara qulluq qabiliyyətinə təsir göstərir.

 

İstifadə qaydası və dozası

Böyüklər və 14 yaşdan böyük uşaqlar: gündə 1-3 dəfə 2-5ml (1 çay qaşığı).

7 yaşdan 14 yaşa qədər uşaqlar: gündə 1-3 dəfə 15-20 damcı.

 

Əlavə təsirləri

Tərkibində mələkotu kökündə olan furankumarinlər olduğu üçün preparata qarşı dözümsüzlük simptomları meydana çıxa bilər.

 

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması simptomları əzginlik və yuxuya meyillilik ola bilər.

 

Buraxılış forması

35 ml məhlul, damcıladıcıya malik, burulub açılan polietilen qapaqlı tünd şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

                                                                             

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

GEMİ” ® Əczaçılıq İstehsalat Müəssisəsi. (PPF GEMI)

Mitskeviç küç. 36, 05-480 Karçev, Polşa.

e-mail: [email protected]