PharmEd

Profarma Pharmaceutical

Salukeya

SALUKEYA Soya İzoflavones

 

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 

TƏRKİBİ

Hər kapsulun tərkibində:

Onaqra yağı (Evening primrose oil 10% GLA 500 mg) 50 mq GLA

Soya (Glycine max L.) İzoflavonlar 40% 35 mq

(40% Isoflavones 35 mg) 87.5 mq

Vitamin E asetat (D-alpha tocopherol 67%) 2.5 mq

Köməkçi maddələr: jelatin (gelatin), qliserin (glycerin), qliserilmonostearat (glycerylmonostearate), qəhvəyi dəmir oksid (brown iron oxide).

 

XÜSUSİYYƏTLƏRİ

Salukeya Soya izoflavones – tərkibində fitoestrogenlər, polidoymamış yağ turşuları və E vitamini olan kombinə olunmuş vasitədir. Qadın orqanizmində estrogen hormonların çatışmazlığını aradan qaldıran əvəzedici hormonal terapiyanın alternatividir.

Soya izoflavonları (fitoestrogenlər) – quruluşuna görə estradiol ilə oxşar olduğuna görə orqanizmdə estrogenə həssas reseptorlarla birləşib estrogenin funksiyasını həyata keçirir. Buda öz növbəsində yumurtalıqlarda, süd vəzilərində estrogendən asılı törəmələrin (süd vəzisinin bədxassəli şişləri, yoğun bağırsaq və düz bağırsaq xərçəngi) inkişafının qarşısını alır. Soya izoflavonları klimakterik mənşəli psixoemosional və vegetativ-damar

pozğunluqlarının (isti basmaları, baş ağrısı, uşaqlıq yolunun quruluğu, qeyrimüntəzəm

aybaşı, əhval-ruhiyyənin dəyişməsi, ümumi narahatlıq) təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflavonları hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərməklə, həm də antioksidant xassələri sayəsində osteoporozun və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Onaqra yağı – tərkibində prostaqlandinlərin sələfləri olan külli miqdarda polidoymamış yağ turşuları vardır ki, bunun sayəsində qanda xolesterinin səviyyəsini azaldır. Qan dövranını yaxşılaşdırır, arterial təzyiqi aşağı salır və tromb əmələ gəlmə riskini azaldır. Mərkəzi sinir sistemini sakitləşdirir, nevroz və əsəbilik əlamətlərini aradan qaldırır. Orqanizmin hormonal balansını tənzimləyir.

Tokoferol asetat (E vitamini) – aydın təzahür edən antioksidant xassələri vardır, hem və zülal sintezində hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə iştirak edir. E vitamini eritrositlərin hemolizinin qarşısını alır, kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır. Birləşdirici toxumanın hüceyrəarası maddəsinin, kollagen və elastin liflərinin, damarların saya əzələlərinin formalaşmasını stimulə edir.

 

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR

Qadınlarda hormonal balansı tənzimləmək üçün tövsiyə olunan bioloji fəallığa

malik qida əlavəsi.

 

İSTİFADƏ QAYDALARI VƏ DOZA

Böyüklər 1 kapsul gündə 1 dəfə.

 

ƏLAVƏ TƏSİRLƏRİ

Allergiya reaksiyalarının baş verməsi mümkündür.

 

ƏKS GÖSTƏRİŞLƏR

Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq.

SAXLANMA ŞƏRAİTİ

Otaq temperaturunda, sərin, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.

 

BURAXILIŞ FORMASI

50 kapsul, plastik flakonda, karton qutu qablaşmada.

 

DƏRMAN VASİTƏSİ DEYİL.

 

İSTEHSALÇI

HC CLOVER, Spain

Calle Alicante 8-10,

28500 Arganda del Rey, Madrid

Lisenziya sahibi

Pharminicio, S.L.

C/Aribau 168-170

08036 Barcelona (Spain)