
Materia Medika
Renqalin
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakope
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“22” avqust 2017-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RENQALİN homeopatik sorma tablatlər
RENGALIN
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində:
bradikininə qarşı affin təmizlənmiş anticisim – 0,006 q*;
histaminə qarşı affin təmizlənmiş anticisim – 0,006 q*;
morfinə qarşı affin təmizlənmiş anticisim – 0,006 q* vardır.
Köməkçi maddələr: izomalt, mikrokristallik sellüloza, maqnezium stearat, susuz limon turşusu, kolloidal
silisium dioksid, natrium siklamat, saxarin natrium.
* üç aktiv maddənin müvafiq olaraq 10012, 10030, 10050 dəfə durulaşdırılmış sulu-spirtli məhlulunun qarışığı şəklində izomaltın üzərinə yaxılır.
Təsviri
Yastısilindrik formalı, kənarları iti, bir yastı tərəfində bölmə xətti olan bütöv kənarlı, ağ və ya demək olar ki, ağ tabletlərdir.
Bölmə xətti olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində RENGALIN yazısı həkk edilmişdir.
Farmakoterapevtik qrupu
Digər öskürəkəleyhinə preparatlar.
АТC kodu: R05DB.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Eksperimantal olaraq göstərilmişdir ki, preparatın komponentləri endogen tənzimləyicilərin müvafiq reseptorlarla liqand-reseptor qarşılıqlı təsirinin aktivliyini modifikasiya edir: morfinə qarşı anticisim – opiat reseptorlarla; histaminə qarşı anticisim – H1-histamin reseptorları ilə; bradikininə qarşı anticisim – B1-bradikinin reseptorlarına; bu zaman komponentlərin birlikdə istifadəsi öskürəkəleyhinə təsirin güclənməsinə gətirib çıxarır.
Oskürəkəleyhinə təsirdən başqa, kompleks preparat tərkibinə daxil olan komponentlərin hesabına iltihabəleyhinə, ödeməleyhinə, antiallergik, spazmolitik (histaminə qarşı anticisim, bradikininə qarşı anticisim), və analgeziyaedici təsir (morfinə qarşı anticisim) göstərir.
Renqalin kompleks preparatı H1-reseptorların histamindən-asılı aktivləşməsini, B2-reseptorların bradikinindən-asılı aktivləşməsini modifikasiya etməsi hesabına seçici şəkildə uzunsov beyində öskürək mərkəzinin oyanıqlığını aşağı salır, öskürək mərkəzinin mərkəzi halqasını tormozlayır. Talamusda ağrı hissi mərkəzlərini tormozlamaqla, ağrı impulslarının baş beyin qabığına ötürülməsini blokadaya alır. Toxuma və plazma alqogenlərinin (histamin, bradikinin, prostaqlandinlər və s.) azad olmasını azaltmaqla, periferiyadan ağrı impulslarının axınını inhibə edir. Narkotik analgetiklərdən fərqli olaraq, tənəffüsü tormozlamır, dərman asılılığı törətmir, narkogen və yuxugətirici təsirə malik deyildir.
Kəskin faringitin, laringitin və bronxitin təzahürlülüyünü yüngülləşdirir, bronxospazmı azaldır. Histaminin və bradikininin sintezinə və tosqun hüceyrələrdən azad olmasına təsir göstərərək, allergik reaksiyaların sistem və yerli simptomlarını aradan qaldırır.
Farmakokinetikası
Müasir fiziki-kimyəvi analiz metodlarının (qaz-maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) həssaslığı bioloji mayelərdə, orqan və toxumalarda Renqalin preparatının aktiv komponentlərinin miqdarını qiymətləndirməyə imkan vermir ki, bu da farmakokinetikanı öyrənməyi texniki cəhətdən qeyri-mümkün edir.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının öskürəklə və bronxospazmla müşayiət olunan kəskin və xroniki xəstəlikləri. Qrip və KRVİ zamanı, kəskin faringitdə, larinqotraxeitdə, kəskin obstruktiv laringitdə, xroniki bronxitdə və yuxarı və aşağı tənəffüs yollarının digər infeksion-iltihabi və allergik xəstəliklərində produktiv və qeyri-produktiv (quru) öskürək.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq. Renqalinin təhlükəsizliyinə və effektivliyinə dair kifayət qədər məlumat olmadığı üçün 3 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Siqaret çəkənlərdə istifadəsi mümkündür.
Renqalin preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir göstərmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu vaxta qədər digər dərman vasitələri ilə uyuşmazlığı qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda və döşlə qidalandırma dövründə Renqalin preparatının istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Preparatdan istifadə zəruri olarsa, risk/fayda nisbətini nəzərə almaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Renqalin preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyə-tinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə. Bir qəbula – 1 tablet (tam sorulana qədər ağızda saxlamalı). Qida qəbulundan kənar gündə 3 dəfə 1-2 tablet. Vəziyyətin ağırlığından asılı olaraq, ilk 3 gün qəbul tezliyi gündə 4-6 dəfəyə qədər artırıla bilər.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.
Doza həddinin aşılması
Doza həddinin təsadüfi aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrin hesabına dispepsik halların yaranması mümkündür.
Buraxılış forması
Homeopatik sorma tabletlər. 10 tablet, polivinilxlorid plyonkadan və alüminium folqadan konturlu-yu-valı qablaşdırmada.
1, 2 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
MMC “NPF “MATERİYA MEDİKA HOLDİNQ”.
Rusiya Federasiyası, 127473, Moskva ş. 3-cü samoteçnıy döng., ev 9.
Теl.:/Faks: +7 (495) 684-43-33.
İstehsalat sahəsi/Ünvan
Rusiya Federasiyası, 454139, Çelyabinsk ş., Buquruslansk küç., ev 54.
Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.
Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp.15
Tel.:+994124886892.
E-mail: [email protected]