PharmEd

Herba Flora

Renokaps

RENOKAPS

 

Tərkibi (100 ml):

Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsinin duru ekstraktı – 15 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 8 ml; İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 7 ml; Ziyilli tozağacı (Betula verrucosa) yarpağının duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5 ml; İkievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 5 ml.

 

Köməkçi maddələr: distillə suyu (distilled water), saxaroza (sucrose), limon turşusu (E330) (citric acid), pektin (E440) (pectin), natrium benzoat (E211) (sodium benzoate), qliserin (E422) (glycerin). 

 

Məhsulun xüsusiyyətləri:

Şərbət maddələr mübadiləsini tənzimləyir, böyrək və sidik axarlarında iltihabi prosesləri azaldır, sidiyə zülalların keçməsinin qarşısını alır. Regenerasiyanı sürətləndirir, böyrək daşlarının yaranmasının qarşısını alır.

 

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

Pielonefrit, sistit, uretrit, periferik ödemlər, nefropatiya.

 

İstifadə qaydası:

4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;

7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur. Qəbul müddəti 14 gündür.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

 

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

 

Saxlanılması:

250C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

 

Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml

 

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul qidanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

 

İstehsalçı: “Herba Flora” MMC