PharmEd

Bayer

Renni mentol

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri

 

                             E.M. Ağayev

“__” _______  2021-ci il

 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

RENNİ      mentol dadlı çeynəmə tabletlər

RENNIE®

 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

Tərkibi

Təsiredici maddə:    1 tabletin tərkibində 680 mq kalsium karbonat və 80 mq ağır,

                                 əsası maqnezium karbonat vardır.

Köməkçi maddələr: saxaroza, prejelatinləşdirilmiş qarğıdalı nişastası, kartof

                                 nişastası, talk (E553b), maqnezium stearat (E572), yüngül

                                 maye parafin, mentol aromatizatoru, limon aromatizatoru.

 

Təsviri

Ağ və ya sarımtıl-ağ, kvadrat, iki tərəfi çökək, hər iki tərəfində “RENNIE” həkk mentol ətirli çeynənilən tabletlərdir.

 

Farmakoterapevtik qrupu

Antasid maddələrin müxtəlif kombinasiyaları.

ATC kodu: А02АX.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Preparatın tərkibində antasid maddələr – kalsium karbonat və maqnezium karbonat var. Renni yalnız yerli təsir göstərir ki, bu təsir də fəal maddələrin ümumi qan dövranına sorulmasından asılı deyil. Kalsium karbonat neytrallaşdırıcı təsirə malikdir. Kalsium karbonatın bu effektini neytrallaşdırıcı təsirə malik digər preparat – maqnezium karbonat gücləndirir.

Farmakokinetikası

Renni mədədə mədə şirəsilə qarşılıqlı əlaqəyə girərək kalsium və maqneziumun suda həll olan duzlarının əmələ gəlməsinə səbəb olur.

Preparatin terkibində olan kalsium və maqneziumun absorbsiya dərəcəsi preparatın qəbul edilən dozasından və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Kalsiumun maksimal absorbsiya dərəcəsi 10%, maqneziumun maksimal absorbsiya dərəcəsi 15-20%-dir. Sağlam pasiyentlərdə  absorbsiyaya məruz qalmış kalsium və maqnezium az miqdarı organizmdən böyrəklər vasitəsilə xaric olur. Böyrəklərin funksional pozğunluğunda qanda kalsiumun və maqnezium konsentrasiyası yüksələ bilər. Bağırsaqda kalsium və maqneziumun suda həll olan duzlarından yenidən həll olmayan duzlar əmələ gəlir və nəcislə xaric olur.

 

İstifadəsinə göstərişlər

Qıcqırma və qastroezofageal reflüks zamanı istifadə olunur.

 

 

Əks göstərişlər

Nefrokalsinoz, böyrək çatışmazlığının ağır formaları, hiperkalsiemiya, hiperkalsiuriya, hipofosfatemiya; fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktozanın malabsorbsiyası və ya saxaraza-izomaltaza fermentinin çatışmazlığı kimi irsi xəstəliklər; preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq, miasteniya, bağırsaq keçməməzliyi.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatdan istifadə edilən müddətdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır: bədən kütləsinin aşağı düşməsi, udma aktının  çətinləşməsi və ya epiqastral nahiyədə davamlı diskomfort; ilk dəfə meydana çıxan və ya dəyişilən həzm prosesinin pozulması; böyrək xəstəliklərinin mövcud olması (bu məlumat qan zərdabında kalsiumun, fosfatın və maqneziumun səviyyəsinə nəzarət etmək üçün lazımdır).   

Preparatın tərkibində saxaroza olduguna görə Renni fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktozanın malabsorbsiyası, saxaraza-izomaltaza fermentinin çatışmazlığı kimi irsi xəstəliklər zamanı təyin olunmur.

10 günlük müalicədən sonra simptomlar davam edərsə və ya vəziyyət pisləşirsə, müayinə aparmaq üçün həkimə müraciət etmək,  müalicəni yenidən nəzərdən keçirmək lazımdır.

Dərmanın uzun müddət istifadəsi böyrək daşlarının riskini artıra bilər.

Dərman 10 gündən çox müalicə üçün istifadə edilməməlidir: yan təsirlər tiazid diuretikləri ilə birlikdə qəbul edildikdə və ya çox miqdarda süd və ya süd məhsulları qəbul edən xəstələrdə, xüsusən də uzun müddət istifadə edildikdə müşahidə edilmişdir.

Sutkada 4-8 tablet Renni qəbul edən xəstələrə müalicənin müddətini maksimal azaltmaq və simptomlar aradan qalxan kimi müalicəni dayandırmaq lazımdır.

Şəkərli diabeti olan xəstələrə Renni təyin edildikdə nəzərə almaq lazımdır ki, bir çeynənilən tabletin tərkibində 475 mq saxaroza var.

 

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Renni çeynənilən tabletlər daxilə qəbul edilən digər dərman vasitələrinin mədə-bağırsaq sistemindən sorulmasını ləngidir. Bu səbəbdən antasid preparatları diger dərman vasitələri ilə birlikdə təyin etmək məqsədəuyğun deyil.

Aşağıdakı dərman preparatlarını Renni tabletlərindən 2 saat əvvəl və ya sonra daxilə qəbul etmək tövsiyə edilir:  asetilsalisil turşusu ,antisekretor H2-antihistamin preparatları ;atenolol, metaprolol, propranolol; bifosfonatlar natrium polistirol sulfonat kation mübadiləsi qatranı (böyrək çatışmazlığında metabolik alkaloz riskinə səbəb olan kalium bağlamaq qabiliyyətinin azalması);xloroxin; siklinlər; ürək qlikozidləri, doluteqtafir; levotiroksin;eltrombopaq; estramustin;etambutol; fosfat ,ftorid,sink,stronsi,dəmir prapartları ; feksofenadin;flüorxinolonlar; qlukokortikosteroidlər

əvəzedici terapiya kimi hidrokortizondan başqa), prednizolon və deksametazon üçün təsvir edilmişdir; tiroid hormonları; indometazin; izoniazid; ketokanazol, (mədə şirəsinin pH-nin artması səbəbindən mədə-bağırsaq traktında onun udulmasının azalması); lansoprazol; linkozamidlər; fenotiazin törəmələrindən olan neyroleptiklər; penisilamin; sulpirid.

 

Renni preparatı tiazid diuretiklərlə və əlaqəli birləşmələr (sidiklə kalsium ifrazının azalması səbəbindən hiperkalsemiya riski)ilə birlikdə ehtiyatla təyin edilir

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlarda teratogenez barədə dəqiq məlumatlar yoxdur. Yüksək dozalarda təyin olundaqda və  uzun müddət kalsium karbonatdan istifadə etdikdə ossifikasiya kimi anomaliyaların meydana çıxması aşkar edilib. Preparatı tövsiyə edilən dozalarda insanlarda istifadə etdikdə inkişaf qüsurları və ya embriotoksik effektlər aşkar edilməyib. Buna baxmayaraq, hamilə qadınlar tərəfındən preperetın istifadəsi ilə bağlı məlumatlar, ehtimal olunan riskləri istisna etmək üçün kifayət ətmir. Bu səbəbdən, hamilə qadınlara preparat, yalnız mütləq zərurət yarandıqda təyin oluna bilər.

Preparatı hamilə qadınlara təyin etdikdə, nəzərə almaq lazımdır ki, maqnezium duzları diareyanın meydana çıxmasına səbəb ola bilər, uzun müddət ərzində yüksək dozada kalsium duzlarından istifadə etdikdə, böyrəklər də daxil olmaqla, daxili orqanlqrın kalsinozu ilə hiperkalsiemiya riski yüksəlir.

Laktasiya dövründə Renni preparatı yalnız istifadə qaydaları barədə tövsiyələrə əməl etdikdə təyin oluna bilər. Laktasiya dövründə Renni ehtiyatla istifadə olunur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar

Birdəfəlik doza 1-2 tabletdir. Ağrı zamanı sutkalıq doza 4-8 tabletdir.

Tabletləri çeynəmək və ya tam sovrulana qədər ağızda saxlamaq lazımdır.

Şiddətli ağrılarda dozanı qısa müddət ərzində sutkada 11 tabletə qədər artırmaq olar.

Preparatı 10 gündən artıq istifadə etmək olmaz.

 

Əlavə təsirləri

Dərmanın aşağıdakı mənfi reaksiyaları spontan hesabatlara əsaslanır, buna görə də onların müvafiq tezlik kateqoriyası ilə yerləşdirilməsi tətbiq edilmir.

İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – allerqik reaksiyalar – səpgilər, övrə, Kvinke ödemi, anafilaksiya.

Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, həzm pozğunluğu, diareya.

Maddələr mübadiləsi və qidalanma pozğunluqları: böyrəklərin funksional pozğunluğundan əziyyət çəkən xəstələrdə, yüksək dozalarda uzunmüddətli istifade zamanı doza həddinin aşılması  ilə əlaqəli  reaksiyalar meydana çıxa bilər – hipermaqniyemiya, hiperkalsiemiya, alkaloz. Bu dəyişikliklərin nəticəsində mədə-bağırsaq sistemində pozğunluqlar (ürəkbulanma, qusma, qəbizlik) baş verir və əzələ zəifliyi qeyd olunur.

Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: əzələ zəifliyi.    

Sinir sistemində baş verən pozğunluqlar: dadbilmə qabiliyyətinin pozulması, baş ağrısı.

Böyrək və sidik yollarında baş verən pozğunluqlar: azotemiya.

Süd-qələvi sindromla (Bernett sindromu) bağlı əlavə təsirlər: asteniya, kalsinoz, agevzia, başağrı.

Hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir meydana  çıxarsa, preparatın qəbulunu dayandırmaq və həkimə məlumat vermək lazımdır.      

 

Əlavə təsirlər barədə məlumatın verilməsi

Bu içlik vərəqədə qəyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, həkimimizə bu barədə məlumat verməlisiniz. Siz əlavə təsirlər barədə məlumatları milli məlumat  bazasına da bildirə bilərsiniz, www.rceth.by saytında dərmanların səmərəsizliyi barədə məlumatlar da daxil olmaqla. Əlavə təsirlər haqqında məlumat verməklə, siz preparatın təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək etmiş olursunuz.

 

Doza həddinin aşılması

Əsasən böyrəklərin funksional pozğunluğundan əziyyət çəkən xəstələrdə, yüksək dozaların uzun müddət istifadəsi böyrək çatışmazlığı, hipermaqniemiya, hiperkalsiemiya və alkaloza səbəb ola  bilər. Bu zaman preparatın qəbulunu dayandırmaq və kifayət qədər maye qəbul etmək lazımdır. Doza həddinin aşılmasının ağır hallarında (məsəlen, süd-qələvi sindrom) su balansını bərpa etmək  üçün əlavə tədbirlər tələb oluna bilər, bu zaman həkimlə məsləhətləşmək lazımdır.              

Müalicəsi

Simptomatikdir.

 

 

 

Buraxılış forması

12 tablet perforasiyalı PVX/Аl blisterdə. 1 və 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılıb.

 

Saxlanma şəraiti

25 ºC-dən  aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Delfarm Qayar,

33 Ryü de L’industri, 74240 Qayar, Fransa.    

 

Qeydiyyat vəsiqəsinin sahibi

Bayer Konsyumer Ker AQ,

Peter Merian-Strasse 84, 4052 Basel, İsveçrə.