PharmEd

Olimp Labs

Q10

Koenzim Q10, insan bədəninin bütün hüceyrələrində mövcud olan və həyatlarında mühüm rol oynayan vitaminlərə bənzər bir maddədir. Q10 enerji istehsalının kimyəvi reaksiyalarında iştirak edir. Bədəndə kifayət qədər deyilsə, bu özünü göstərir. Ürək əzələlərinin hüceyrələrində (Kardiomiositlər) Q10 konsentirasiyası bədəndəki “orta “ nisbətdən 2 dəfə yüksəkdir. Koenzim Q10 çox vacib bir maddədir və güclü bir antioksidantdır.

 

TƏRKİBİ

1 kapsulda:

Q 10 Koenzim (Coenzyme Q10) - 30 mq

Lesitin (Lecithin)                      - 20 mq  

 

Köməkçi maddələr: həcm artırıcı - mikrokristallik selüloza

(bulking agent - microcrystalline cellulose); koenzim Q10 (Coenzyme Q10), soya lesitini (soy lecithin), ayırıcı - yağ turşularının maqnezium duzları (anti-caking agent – magnesium salts of fatty acids); kapsul (jelatin (gelatine), boya: E171).

 

İstifadəsinə dair tövsiyələr: 

  • Ürək - damar xəstəlikləri – aritmiya, koronar ürək xəstəliyi, ürək çatışmazlığı, miokard infaktından sonra
  • Xroniki yorğunluq sindromu
  • Diş əti qanaxmalarında
  • Hipertoniya xəstəliyində - kompleks terapiyanın bir hissəsi olaraq
  • Statin preparatlarının yan təsirlərini zərərləşdirmək
  • 2 tip diabet xəstəliyi ilə - kompleks terapiyanın bir hissəsi olaraq, komplikasiyanın qarşısını almaq üçün 
  • Yaşla bağlı dəyişiklikləri geri qaytarmaq, yaşlanma prosesini ləngitmək.

 

İstifadə qaydası:  Böyüklər: 1 kapsul gündə 1 dəfə yeməkdən sonra. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz. 

Əks göstərişləri: Məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olanlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, 18 yaşa qədər şəxslər istifadə etməməlidir.                                                        

Buraxılış forması: Karton qutu, 30 kapsul, təlimat vərəqəsi ilə birlikdə

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. 

Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.                                                                                                               

Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Polşada (Avropa Birliyi) istehsal olunmuşdur.                                                                                                                                                                          

İstehsalçı: Olimp Laboratories Sp. z o.o. PL