
Profarma Pharmaceutical
Prospal 10
Prostal 10
Prostat vəz xəstəlikləri əleyhinə kapsul
Tərkibi:
Cırtdan palma meyvəsinin ekstraktı, ikievli gicitkən ekstraktı, dərman zəncəfili poroşoku, udi-
hindi poroşoku
Kimyəvi tərkibi:
Cırtdan palma meyvəsinin ekstraktının tərkibində E vitamini, ikievli gicitkənin tərkibində təbii
steroidlər, dərman zəncəfilin tərkibində oleorezin,gingerol, udi-hindinin tərkibində üzvi turşular,20
adda amin turşular (qlütamin,asparagine, qlisin,sitrullin və s.), efir yağları,xolamin,
sirinqin,pikrizid B vardır.
Farmakoloji təsiri: Testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alaraq prostat vəz
hüceyrələrinin böyüməsini dayandırır.Dihidrotestosteron hüceyrələrini blokada edərək prostat
vəzin adenoması zamanı vəzin ölçüsünün kiçilməsinə səbəb olur.Nəticədə aralıq nahiyəsində
olan ağrılar,gecələr tez-tez sidiyə getmələr,qalıq sidik hissi,sidik şırnağının zəifləməsi,damcı-
damcı sidik ifrazı və s-nin azalmasına səbəb olur.Cinsi aktivliyi və nəsilartırma qabiliyyətini
gücləndirir.Saç tökülməsi əleyhinə təsir göstərərək kişi tipli keçəlləşmənin qarşısını alır. Prostat
vəz hüceyrələrində maddələr mübadiləsini,oksidləşmə-reduksiya reaksiyalarını
sürətləndirir,antilipid və ateroskleroz əleyhinə təsir göstərir. Prostat vəzidə regenerasiyanı
yaxşılaşdırır.Prostat vəzin və sidik-cinsiyyət yollarının infeksion-iltihabi xəstəliklərində
antiseptik,antibakterial və antifunqal təsir göstərir.
İstifadəsinə göstəriş: Prostat vəzi adenoması, impotensiya,kəskin və xroniki prostatitlər,sidik
yollarının iltihabı,androgenetik saç tökülməsi.
Əks göstəriş: Ateroskleroz,hipertoniya,tromboflebit.
Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi,nadir hallarda qəbizlik.
İstifadə qaydası: Gündə 2 dəfə 1 kapsul.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun- maqla, uşaqlar
üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Buraxılış forması: N 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.