
Gedeon Richter
Panangin Forte
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının tərəfindən
12.03.2019-cu il tarixdə
TƏSDİQ EDİLMİŞDIR
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PANANGİN FORTE örtüklü tabletlər
PANANGIN® FORTE
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 332,6 mq kalium aspartat hemihidrat (316 mq kalium aspartat şəklində); 350 mq maqnezium aspartat tetrahidrat (280 mq maqnezium aspartat şəklində) vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, kartof nişastası, povidon K-30, maqnezium- stearat, talk, qarğıdalı nişastası.
Örtük: makroqol 6000, titan dioksid (Е 171), butilləşdirilmiş metakrilatın əsas sopolimeri (eudrajit E), talk.
Təsviri
Oval, kənarları kəsik, ağ və ya demək olar ki ağ rəngdə, azca parlaq və nahamar səthli praktiki olaraq iysiz, bir tərəfində «А83» döyməsi olan örtüklü tabletlər.
Farmakoterapevtik qrupu
Mineral əlavələr.
ATC kodu: А12СХ.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Farmakokinetikası
Maqnezium
70 kq bədən kütləsinə malik insan orqanizmində maqneziumun ümumi ehtiyatı orta hesabla 24 q (1000 mmol); maqneziumun 60%-dən çoxu sümük toxumasına və 40%-i skelet əzələlərinə və digər toxumaların payına düşür. Orqanizmdə maqneziumun ümumi ehtiyatının təxminən 1%-i hüceyrəxarici mayedə, əsasən qan zərdabında olur. Sağlam böyük adamlarda qan zərdabında maqnezium 0,7-1,10 mmol/l-dir.
Tövsiyə olunan qida ilə maqneziumun normal istifadəsi kişilərdə gündə 350 mq, qadınlarda gündə 280 mq-dır. Hamiləlik və laktasiya dövründə maqneziuma təlabat artır.
Maqnezium aktiv nəqlolunma ilə mədə-bağırsaq traktından sorulur. Maqneziumun balansının əsas tənzimləyicisi böyrəklərdir. 3-5% ionlaşmış maqnezium böyrəklər vasitəsilə xaric olur.
Sidiyin həcminin artması (məsələn, yüksəkeffektli ilgək diuretikləri ilə müalicə zamanı) ionlaşmış maqneziumun ekskresiyasının artmasına gətirib çıxarır. Əgər maqneziumun sorulması nazik bağırsaqda aşağı düşürsə, sonrakı hipomaqneziemiya onun ekskresiyasını azaldır (<0,5 mmol/gün).
Kalium
70 kq bədən kütləsinə malik olan insan orqanizmində kaliumun ümumi ehtiyatı orta hesabla 140 q-dır (3570 mmol). Qadınlarda kaliumun ümumi ehtiyatı kişilərə nisbətən bir az azdır və yaşla əlaqədar olaraq bir az da azalır. Orqanizmdə kaliumun ümumi ehtiyatının 2%-i hüceyrədənkənar, amma 98%-i hüceyrə daxilində yerləşir.
Kaliumun qida ilə optimal normal istifadəsi gündə 3-4q-dır (75-100 mmol). Kalium əsasən böyrəklər vasitəsilə xaric olur (hər gün böyrəklər vasitəsilə 90% kalium xaric olur). Qalan 10%-i isə mədə-bağırsaq traktından xaric olur. Bu şəkildə, böyrəklər uzunmüddətli kalium homeostazına, həmçinin qan zərdabında kaliumun miqdarına qarşı cavab verir. Qısamüddətli perspektivdə qanda kaliumun miqdarı həmçinin kaliumun hüceyrədaxili və hüceyrəxarici sahələr arasında axını ilə tənzimlənir.
İstifadəsinə göstərişlər
Kalium və maqneziumun əlavə mənbəyi kimi
Müalicə həkiminin təyinatı ilə:
- kompleks müalicədə ürəyin xroniki xəstəliklərində (miokard infarktından sonrakı dövrdə ürək çatışmazlığı), ürək ritminin pozğunluqları, əsasən də mədəcik aritmiyaları zamanı;
- ürək qlikozidlərinin qəbulu zamanı əlavə terapiya kimi.
Əks göstərişlər
- təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq;
- kəskin və ya xroniki böyrək çatışmazlığı;
- Addison xəstəliyi;
- III dərəcəli atrioventrikulyar blokada;
- kardiogen şok (arterial təzyiq 90 mm c.süt-dan aşağı);
- 18 yaşadək uşaqlar və yeniyetmələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiperkaliemiya xəstəliyi olan pasiyentlər əsasən diqqətli olmalıdırlar: müntəzəm olaraq qan zərdabında elektrolitlərin yoxlanması tövsiyə olunur.
Pediatriyada istifadəsi
Təhlükəsizliiyi və effektivliyi barədə məlumat olmadığına görə Panangin® Forte preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tərkibində kalium asparaginat və maqnezium asparaginat olan preparatların digər preparatlarla qarşılıqlı təsiri haqda tədqiqatlar aparılmamışdır. Elmi məlumatlara görə kalium və maqnezium bəzi preparatlarla qarşılıqlı təsirə girə bilər. Kaliumqoruyucu diuretiklərlə, angiotenzinçevirici fermentin (AÇF) inhibitorları ilə, beta-adrenoblakatorlarla, siklosporinlə, heparinlə və qeyri-steroid iltihabəleyhinə preparatlarla birlikdə istifadəsi zamanı hiperkaliemiyanın yaranma riski artır.
Tetrasiklinlər (peroral qəbul zamanı), dəmir duzları və natrium flüorid kalium asparaginat və maqnezium asparaginatın mədə-bağırsaq traktından sorulmasını tormozlayır. Yuxarıda göstərilən preparatlarla Panangin® Forte preparatının qəbulu arasında fasilə 3 saatdan az olmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Panangin® Forte preparatının hamiləlik və ya laktasiya dövründə zərərli təsirini təsdiq edən məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Panangin® Forte nəqliyyat vasitələrini idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir.
Mədə turşusu preparatın effektivliyini aşağı salır, ona görə də Panangin® Forteni yeməkdən sonra qəbul etmək məqsədəuyğundur.
Tövsiyə olunan gündəlik doza: gündə 3 dəfə 1 tabletdir.
Maksimal gündəlik doza: gündə 3 dəfə 1 tabletdir.
Əlavə təsirləri
Preparatın yüksək dozalarının qəbulu zamanı nəcis ifrazının tezləşməsi müşahidə oluna bilər.
Doza həddinin aşılması
Tərkibində kalium asparaginat, maqnezium asparaginat olan preparatlarla doza həddinin aşılması haqqında məlumat yoxdur, hətta yüksək dozalar qəbul olunsa belə. Böyrəklərin çoxlu sayda kalium xaric etməsini nəzərə alsaq, preparatın dozasının artırılması kalium ifrazının kəskin və ya aydın pozulması fonunda hiperkalemiyaya gətirib çıxara bilər. Maqnezium geniş terapevtik "pəncərə" ilə xarakterizə olunur və böyrək çatışmazlığının olmaması zamanı ciddi əlavə təsirlər də çox nadirdir.
Ədəbiyyat məlumatlarına görə əlavə maqneziumun daxilə qəbulu diareya kimi əlavə təsirlər yarada bilər. Tərkibində maqneziumun olmasına görə Panangin® Forte preparatının yüksək dozalarının qəbulu zamanı defekasiyanın tezliyinin artması müşahidə oluna bilər.
Hiperkaliemiyanın simptomları: ümumi zəiflik, paresteziya, bradikardiya, iflic, aritmiya.
Hipermaqneziemiya simptomları: ürəkbulanma, qusma, letargik yuxu, arterial təzyiqin aşağı düşməsi, bradikardiya, zəiflik, hiporefleksiya.
Müalicəsi: doza həddinin aşılması zamanı preparatın qəbulunu dayandırmaq lazımdır; simptomatik müalicə tövsiyə olunur (kalsium xloridin venadaxili yeridilməsi; zəruri hallarda hemodialz).
Buraxılış forması
15 örtüklü tablet, PVX/PVDX və alüminium folqadan ibarət blisterlərdə.
2, 4 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Gedeon Richter” ASC
Ünvan
H-1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
İstehsalçı və ərizəçinin maraqlarını təmsil edən şirkət
“Gedeon Richter” ASC
H-1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
Qaynar xəttin telefnu (zəng havayıdı): 7-800-555-00777.
Elektron ünvan: [email protected]