PharmEd

Gedeon Richter

Panangin

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının tərəfindən

21.06.2017-ci il tarixdə

TƏSDİQ EDİLMİŞDIR

 

                             Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Bu dərman preparatı istifadə etməyə başlamazdan əvvəl  bu içlik-vərəqəni diqqətlə oxuyun!

Bu dərman vasitəsi aptekdən reseptsiz buraxılır. Lakin, preparatı istifadə etdikdə ehtiyatlı olmaq lazımdır.

  • Bu içlik vərəqəni saxlayın. Ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin.
  • Əgər əlavə suallarınız olarsa,  lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
  • Xəstəliyin əlamətləri 3 gün ərzində azalmadıqda və ya gücləndikdə dərhal həkiminizə müraciət edin.
  • Ciddi əlavə təsirlər əmələ gəldikdə, həmçinin bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər meydana çıxdıqda, bu barədə həkiminizə və ya əczaçıya xəbər verin.

 

PANANQİN örtüklü  tabletlər

PANANGIN®

 

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 158 mq kalium asparaaginat (kalium asparginat • ½                                   H2О şəklində), 140 mq maqnezium asparaginat (maqnezium asparaginat • 4 H2О şəklində) vardır.

Köməkçi maddələr: kolloidal susuz silisium 4-oksid, kartof nişastası, povidon, maqnezium stearat, talk, qarğıdalı nişastası.

Örtük: makroqol 6000, titan 4-oksid (E171), euhidrat E 100, talk.

 

Təsviri

Ağ və ya ağ rəngə yaxın, disk formasında, ikitərəfli qabarıq, cüzi parıldıyan və cüzi dərəcəli düz olmayan səthi olan, praktiki olaraq iysiz, örtüklü tabletlər.

 

АТС kodu: А12СС55

 

Farmakoloji  xüsusiyyətləri

Panangin preparatının təsiredici maddəsi müxtəlif mübadilə proseslərində, həmçinin sinir, əzələ və ürək-damar sisteminin fəaliyyətində önəmli rol oynayır.

 

İstifadəsinə  göstərişlər

Preparat müəyyən xronik ürək xəstəliklərində (ürək çatışmazlığı, miokard infarktından sonra),  ürək ritminin bəzi pozulmalarında əlavə müalicə kimi istifadə edilir. Panangin maqnezium və kaliumun əlavə mənbəyi kimi istifadə edilir.

 

Əks  göstərişlər

  • kəskin və ya xronik böyrək çatışmazlığı
  • Addison xəstəliyi  (böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı)
  • ürəyin keçirici sisteminin müəyyən pozulmaları
  • ürəyin yığılma qabiliyyətinin çatışmazlığı ilə törədilən arterial təzyiqin nəzərəçarpan enməsi (kardiogen şok)
  • preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı və ya təsiredici maddələrə qarşı yüksək həssaslıq.

Xüsusi  göstərişlər  və  ehtiyat  tədbirləri

Qanda kaliumun yüksək səviyyəsi ilə müşayiət edilən xəstəliklərdə Panangin preparatı ilə müalicə həkimin nəzarəti altında keçirilməlidir.

 

Digər  dərman  vasitələri  ilə  qarşılıqlı  təsiri

İstifadə edilən və ya yaxın günlərdə istifadə olunmuş digər preparatlar barədə (reseptsiz buraxılan dərman vasitələr daxil olmaqla) həkimə və ya əczaçıya məlumat verin.

Daxilə qəbul edilən tetrasiklinlər, tərkibində dəmir duzları, natrium flüorid olan preparatlar preparatın mədə-bağırsaq traktından sorulmasını tormozlayır. Yuxarıda göstərilən dərman vasitələri ilə preparatı kombinə etdikdə qəbularası fasilə 3 saatdan az olmamalıdır.

Preparatın kaliumqoruyucu diuretiklərlə və/və ya AÇF inhibitorları ilə (antihipertenziv preparatlar) eyni zamanda istifadəsi hiperkaliemiyaya gətirə bilər.

 

Hamiləlik və laktasiya dövründə  istifadəsi

Hər hansı bir dərman vasitəsini qəbul etdikdən əvvəl müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Bu qrup xəstələrdə preparatın hər hansı bir mənfi təsiri barədə məlumat bu günə qədər verilməmişdir.

 

     Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə   qabiliyyətinə təsiri

Panangin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

 

İstifadə  qaydası  və  dozası

Əgər həkimin digər göstərişi olmazsa, adi doza sutkada 3 dəfə 1-2 tablet təşkil edir. Sutkalıq doza sutkada 3 dəfə 3 tabletə qədər artırıla bilər. Mədə şirəsi preparatın effektivliyini azalda bilər, buna görə tabletləri yeməkdən sonra qəbul etmək məsləhət görülür.

 

Doza  həddinin  aşılması

Doza  həddinin  aşılması  zamanı  müalicə həkiminizə və ya əczaçıya müraciət edin.

Doza həddinin aşıldığı hallar bu günə qədər qeyd olunmayıb. Doza həddinin aşılmasında qanda kalium və maqnezium səviyyələri artır, bunun nəticəsində əlavə reaksiyalar əmələ gələ bilər. Doza həddinin aşılmasında preparatın qəbulu ləğv olunmalıdır.

 

Əlavə  təsirləri

Bütün dərmanlar kimi, bu preparatın da əlavə təsirləri vardır. Lakin bu əlavə təsirlər preparatı qəbul edən hər kəsdə meydana çıxmır.

Preparatı böyük dozalarla istifadə etdikdə nəcis ifrazının tezləşməsi müşahidə oluna bilər.

Ciddi əlavə reaksiyalar əmələ gəldikdə, həmçinin bu içlik vərəqədə qeyd edilməyən digər əlavə təsirlər meydana çıxdıqda, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

 

Buraxılış  forması

50 örtüklü tablet, polietilendən qarmonabənzər ara qat ilə təmin olunmuş zəmanət-bağlayıcı qapaqcıqla polipropilen flakonlarda. Flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

    

    Saxlanma şəraiti

    25 ºC-dən  yüksək olmayan temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

5 il.

    Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

    Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

    İstehsalçı/Satışa buraxılış üzrə məhsulliyət daşıyan

“Gedeon Richter” ASC

H-1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan