
Profarma Pharmaceutical
Ostin
OSTİN
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ
Hər 5 ml şərbətdə:
Kalsium laktat (Calcium lactate) 278 mq
Maqnezium xlorid (Magnesium chloride), Maqnezium (Magnesium-28 mg) 230 mq
Vitamin D3 (Vitamin D3) 400 BV
Sink qlükonat (Zinc gluconate), Sink (Zinc -1,5 mg) 10 mq
Köməkçi maddələr: kalium sorbat, natrium benzoat, qlükoza siropu, sukraloza, saxaroza, su, ətir.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR
D3 vitamini və bəzi mineralların əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA
4 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 1 dəfə.
Ostin təmiz halda, su, süd və ya digər məhlullar vasitəsilə durulaşdırılaraq içilir. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.
ƏLAVƏ TƏSİRLƏR
Ağızda quruluq hissi, allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏR
Hiperkalsemiya, vərəmin aktiv forması, məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
BURAXILIŞ FORMASI
Şərbət 150 ml plastik flakonda, karton qutu qablaşmada.
SAXLANMA QAYDASI
Sərin, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya