
Gedeon Richter
Mertenil
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının tərəfindən
12.06.2017-ci il tarixdə
TƏSDİQ EDİLMİŞDIR
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MERTENİL örtüklü tabletlər
MERTENIL®
Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin
Tərkibi
Təsiredici maddə:
Mertenil 5 mq: 1 tabletin tərkibində 5,2 mq rozuvastatin kalsium (5 mq rozuvastatinə ekvivalent) vardır;
Mertenil 10 mq: 1 tabletin tərkibində 10,4 mq rozuvastatin kalsium (10 mq rozuvastatinə ekvivalent) vardır;
Mertenil 20 mq: 1 tabletin tərkibində 20,8 mq rozuvastatin kalsium (20 mq rozuvastatinə ekvivalent) vardır.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza12, maqnezium-hidroksid, krospovidon Tip A, maqnezium-stearat.
Örtük: Оpadray II ağ (polivinil spirt, titan dioksid E171, makroqol 3350, talk).
Təsviri
Mertenil 5 mq
Hər iki tərəfdən qabarıq, diametri 5,5 mm olan ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlər. Tabletin bir tərəfində C33 oyması vardır.
Mertenil 10 mq
Hər iki tərəfdən qabarıq, diametri 7,0 mm olan ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlər. Tabletin bir tərəfində C34 oyması vardır.
Mertenil 20 mq
Hər iki tərəfdən qabarıq, diametri 9,0 mm olan ağ və ya demək olar ki, ağ rəngli örtüklü tabletlər. Tabletin bir tərəfində C35 oyması vardır.
Farmakoterapevtik qrupu: HMQ-KоA-reduktazanın inhibitoru.
АТC kodu: C10AA07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Rozuvastatin 3-hidroksi-3-metilqlutarilkoenzim A-nı xolesterinin sələfi olan mevalonata çevirən HMQ-КоА reduktazanın selektiv və rəqabət zəminli inhibitorudur. Rozuvastatinin təsirinin əsas hədəfi xolesterin (XS) sintezinin və aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) katabolizminin həyata keçirildiyi qaraciyərdir.
Rozuvastatin hüceyrə səthində “qaraciyər” ASLP reseptorlarının sayını artırır, nəticədə ASLP-nin zəbt edilməsini və katabolizmini yüksəldir.
О, həmçinin qaraciyər hüceyrələrində çox aşağı sıxlıqlı lipoproteinlərin (ÇASLP) xolesterininin sintezini tormozlayır və bununla da ASLP və ÇASLP-nin ümumi miqdarını azaldır.
Farmakodinamik effektlər
Rozuvastatin ASLP xolesterininin (XS-ASLP), ümumi xolesterinin və triqliseridlərin (TQ) yüksəlmiş miqdarını azaldır, yüksək sıxlıqlı lipoproteinlərin xolesterininin (XS-YSLP) miqdarını yüksəldir, həmçinin apolipoprotein В-nin (ApoВ), qeyri-YSLP XS-nin (ümumi xolesterinin miqdarından YSLP, XS-ÇASLP xolesterininin miqdarını çıxmaqla), TQ-ÇASLP miqdarını azaldır və аpolipoprotein A-I-in (ApoА-I) səviyyəsini yüksəldir (bax.cədvəl 1.). Rozuvastatin XS-ASLP/ XS-YSLP nisbətini, ümumi XS/XS-YSLP, qeyri-YSLP XS /XS-YSLP və ApoВ/ApoА-I nisbətlərini azaldır.
Cədvəl 1. Birincili hiperxolesterinemiyası (tip Iia və II b) pasiyentlərdə dozadan asılı effekt (başlanğıc qiymətlə müqayisədə faizlə orta düzəliş edilmiş dəyişiklik).
Doza |
Pasiyentlərin sayı |
ХS-ASLP |
Ümumi ХS |
XS--YSLP |
ТГ |
XS-qeyri-YSLP |
АpоВ |
АpоА-I |
Plasebo |
13 |
-7 |
-5 |
3 |
-3 |
-7 |
-3 |
0 |
5 mq |
17 |
-45 |
-33 |
13 |
-35 |
-44 |
-38 |
4 |
10 mq |
17 |
-52 |
-36 |
14 |
-10 |
-48 |
-42 |
4 |
20 mq |
17 |
-55 |
-40 |
8 |
-23 |
-51 |
-46 |
5 |
40 mq |
18 |
-63 |
-46 |
10 |
-28 |
-60 |
-54 |
0 |
Müalicəvi effekt müalicənin başlanmasından sonra 1 həftə ərzində əldə edilə bilər, 2 həftədən sonra maksimal mümkün effektin 90%-i əldə olunur. Adətən maksimal mümkün müalicəvi effekt 4 həftədən sonra əldə olunur və preparatın sonrakı qəbulu zamanı saxlanılır.
Klinik effektivliyi
Rozuvastatin irqi mənsubiyyətindən, cinsindən və yaşından asılı olmayaraq hipertriqliseridemiya simptomları ilə müşayiət olunan və ya olunmayan hiperxolesterinemiyalı böyük pasiyentlərin müalicəsi zamanı, həmçinin xüsusi kateqoriyalı pasiyentlərin, şəkərli diabeti olan və ya ailəvi hiperxolesterinemiyanın irsi forması olan xəstələrin müalicəsi zamanı effektivdir.
Rozuvastatin Frederiksona görə IIa və IIb tip hiperxolesterinemiyalı (XS-ASLP-nin orta başlanğıc səviyyəsi 4,8 mmol/l-ə yaxın) pasiyentlərin müalicəsi üçün effektivdir. 10 mq rozuvastatin alan pasiyentlərin 80%-də XS-ASLP-nin səviyyəsinin aterosklerozun tədqiqi üzrə Avropa cəmiyyətinin müəyyən etdiyi məqsədli qiyməti əldə edilmişdir (3 mmol/l-dən az).
Dozanın sürətləndirilmiş titrlənmə sxemi üzrə 20 mq-dan 80 mq-a qədər rozuvastatin qəbul edən heteroziqot ailəvi hiperxolesterinemiyalı pasiyentlərdə, bütün qəbul edilən dozalar lipidlərin miqdarını xarakterizə edən parametrlərin dəyişməsinə və müalicənin məqsədinin əldə edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Dozaların gündə 40 mq-a qədər titrlənməsi nəticəsində (12 həftə müalicə) XS-ASLP-nin miqdarı 53%-ə qədər azalmışdır. Pasiyentlərin 33%-də XS-ASLP-nin (3 mmol/l-dən aşağı) aterosklerozun tədqiqi üzrə Avropa cəmiyyəti rəhbərliyinin məqsədli normalarına müvafiq qiymətləri əldə edilmişdir.
20 mq 40 mq dozalarda rozuvastatin qəbul edən homoziqot ailəvi hiperxolesterinemiyalı pasiyentlərdə XS-ASLP miqdarının orta azalması 22% təşkil etmişdir.
Additiv effekt TQ-nin miqdarının azalmasına münasibətdə fenofibratla kombinasiyada və XS-YSLP-nin miqdarının yüksəlməsinə münasibətdə isə nikotin turşusu ilə (gündə 1 q-dan çox) kombinasiyada qeyd edilir.
XS-ASLP-nin miqdarının orta qiyməti 4,0 mmol/l (154,5 mq/dl) olan, ürəyin işemik xəstəliyinin risk səviyyəsi aşağı olan pasiyentlərdə (Framinqemə görə 10 ildən çox dövr ərzində 10%-dən az risk kimi təyin edilmiş) 40 mq/gün dozada rozuvastatin -0,0145 mm/il sürətlə plasebo ilə müqayisədə (p<0,0001 zamanı 95% etibarlı interval (CI): -0,0196-dan -0,0093-ə qədər) 12 seqmentdə yuxu arteriyasının divarının qalınlaşmasını xarakterizə edən maksimal kəmiyyətin artmasını əhəmiyyətli dərəcədə ləngitmişdir. 40 mq doza yalnız hiperxolesterinemiyanın ağır forması olan və ürək-damar xəstəliklərinin inkişafının yüksək riski olan pasiyentlərə təyin edilməlidir.
Ürəyin işemik xəstəliyinin inkişafının yüksək riski olan pasiyentlərdə (Framingemə görə 20%-dən çox risk) rozuvastatinlə müalicə zamanı ürək-damar xəstəliklərindən, insultdan və miokard infarktından ölüm hallarının əhəmiyyətli dərəcədə azalması qeyd edilmişdir. Bu risk qrupunda ümumi ölüm hallarının göstəricisi dəyişməmişdir.
Uşaqlar və yeniyetmələr
İkiqat kor randomizəolunmuş çoxmərkəzli, plasebo nəzarət olunan 12-həftəlik tədqiqatda (N=176, 10-17 yaşında 97 oğlan və 79 qız, Tanner şkalasına görə II-V mərhələdə, qızlar menarxedən sonra bir ildən tez olmayaraq) rozuvastatinin gündə 5, 10 və ya 20 mq birdəfəlik dozalarda qəbulu zamanı plasebo qrupunda 0,7%-lə müqayisədə XS-ASLP müvafiq olaraq 38,3%, 44,6% və 50,0% azalmışdır.
Dozanın gündə 1 dəfə 20 mq maksimal dozaya qədər titrlənməsindən sonra 40-cı həftənin sonuna 40, 5% halda XS-ASLP 2,8 mmol/l-dən az səviyəyə çatmışdır.
52 həftəlik müalicədən sonra Rozuvastatinin boya, bədən kütləsinə, BKİ-yə (bədən kütləsi indeksinə) və ya cinsi yetişkənliyə təsiri aşkar edilməmişdir. Uşaqlarda və yeniyetmələrdə rozuvastatinin istifadə təcrübəsi məhduddur, rozuvastatinin cinsi yetişkənliyə uzunmüddətli təsiri (1 ildən çox) məlum deyildir.
Farmakokinetikası
Absorbsiyası: qan plazmasında rozuvastatinin maksimal konsentrasiyası müvafiq dozanın daxilə qəbul edilməsindən 5 saat sonra yaranır. Mütləq biomənimsənilməsi təqribən 20% təşkil edir.
Paylanması: rozuvastatin başlıca olaraq xolesterinin sintez və XS-ASLP-nin metabolizminin klirens yeri olan qaraciyər tərəfindən udulur. Rozuvastatinin paylanma həcmi təqribən 134 l təşkil edir. Rozuvastatinin 90%-i qan plazmasının zülalları ilə, başlıca olaraq albuminlə birləşir.
Metabolizmi: məhdud metabolizmə məruz qalır (təqribən 10%). Rozuvastatin sitoxrom P450 ferment sisteminin iştirakı ilə gedən metabolizm üçün kifayət qədər qeyri-profil substratdır. CYP2C9 metabolizmdə iştirak edən əsas izofermentdir, amma CYP2C19, CYP3A4 və CYP2D6 izofermentləri isə az dərəcədə metabolizmə cəlb olunmuşdur. Əsas metabolit - N–desmetil, rozuvastatinə nisbətən 50% az aktivdir. Lakton metabolitləri farmakoloji cəhətdən qeyri-aktivdir. Dövr edən HMQ-КоА reduktazanın inhibə olunmasına görə farmakoloji aktivliyin 90%-dən çoxu rozuvastatin tərəfindən, qalan hissəsi isə onun metabolitləri tərəfindən təmin edilir.
Xaric olması: rozuvastatinin qəbul olunmuş dozasının təqribən 90%-i orqanizmdən dəyişilməmiş şəkildə bağırsaq vasitəsilə (absorbsiya olunmuş və olunmamış rozuvastatin daxil olmaqla), qalan hissəsi isə dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə xaric olur. Yarımxaricolma dövrü (T1/2) 19 s təşkil edir, preparatın dozasının artması zamanı dəyişmir. Orta həndəsi plazma klirensi təqribən 50 l/s təşkil edir (dəyişmə əmsalı 21,7%). HMQ-КoA reduktazanın digər inhibitorlarında olduğu kimi, rozuvastatinin “qaraciyərdə” zəbt olunması prosesinə üzvi anionların nəqledici protein C membranı vasitəsilə xolesterinin membran daşıyıcısı cəlb edilmişdir. Bu daşıyıcı rozuvastatinin qaraciyər vasitəsilə xaric olmasında böyük rol oynayır.
Xəttilik: rozuvastatinin sistem ekspozisiyası dozaya mütənasib olaraq artır. Preparatın gündə bir neçə dəfə qəbulu zamanı farmakokinetik parametrlərin dəyişməsi qeyd edilmir.
Ayrı-ayrı qrup pasiyetlərdə farmakokinetika
Yaş və cins: cins və yaş rozuvastatinin farmakokinetik parametrlərinə böyüklərdə klinik əhəmiyyət daşıyan təsir göstərmir.
Ailəvi hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə rozuvastatinin farmakokinetikası sağlam könüllü böyüklərdə olduğundan fərqlənməmişdir.
Etnik qruplar: farmakokinetikanın müqayisəli tədqiqatları göstərmişdir ki, avropoid irqinin nümayəndələri ilə müqayisədə asiya mənşəli (yaponlar, çinnilər, filippinlilər, vyetnamlılar və koreyalılar) pasiyentlərdə AUC-un (“konsentrasiya-zaman” əyrisi altındakı sahə) və TCmax -un (qan plazmasında preparatın maksimal konsentrasiyasının yaranma vaxtı) orta qiyməti 2 dəfə artır. Hindularda AUC və Cmax-un orta qiymətinin 1,3 dəfə yüksəlməsi qeyd edilmişdir. Bu zaman bütün tədqiq edilən populyasiyalar üçün farmakokinetik göstəricilərin analizi avropoid, neqroid irqi, latın amerikalılar arasında preparatın farmakokinetikasında klinik əhəmiyyətli fərq aşkar etməmişdir.
Böyrək çatışmazlığı: yüngül və mötədil dərəcədə böyrək çatışmazlığı olan pasiyentlərdə rozuvastatinin və ya N-desmetil metabolitinin plazma konsentrasiyası əhəmiyyətli dərəcədə dəyişmir. Aydın ifadə olunmuş böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi (KK) 30ml/dəq-dən az) qan plazmasında rozuvastatinin konsentrasiyası sağlam könüllülərə nisbətən 3 dəfə N-desmetil metabolitinin konsentrasiyası isə 9 dəfə yüksəkdir. Hemodializdə olan pasiyentlərdə qan plazmasında rozuvastatinin konsentrasiyası sağlam könüllülərdə olduğundan təqribən 50% yüksək olmuşdur.
Qaraciyər çatışmazlığı: Çayld-Pyu şkalası üzrə 7 bal və aşağı dərəcələrdə qaraciyər çatışmazlığı olan pasiyentlərdə rozuvastatinin T1/2 –nin artması aşkar edilməmişdir. Lakin Çayld-Pyu şkalası üzrə 8 və 9 balı olan 2 pasiyentdə T1/2 –in Çayld-Pyu şkalası üzrə daha aşağı göstəricilərə malik pasiyentlər üçün analoji göstəricidən təqribən 2 dəfə çox uzanması qeyd edilmişdir.
Rozuvastatinin Çayld-Pyu şkalası üzrə 9 baldan yuxarı pasiyentlərdə istifadə təcrübəsi yoxdur.
Genetik polimorfizm: HMQ-КоА-reduktazanın inhibitorlarının, o cümlədən rozuvastatinin farmakokinetikasına nəqledici zülallar OATP1B1 və BCRP də cəlb edilir. (OATP1B1) və/və ya ABCG2 (BCRP) genlərinin polimorfizmi olan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının yüksəlməsi riski mövcuddur. SLCO1B1 c.521CC və ABCG2 c.421AA-nın fərdi polimorfizmi SLCO1B1 c.521TT və ya ABCG2 c.421CC genotipləri ilə müqayisədə rozuvastatinin ekspozisiyasının (AUC) müvafiq artması ilə bağlıdır. Klinik praktikada genotipləşmənin bu tipi müəyyən edilməmişdir, lakin, məlum olduğu kimi, bu cür polimorfizm tipi mövcud olan pasiyentlərə rozuvastatinin daha aşağı gündəlik dozası tövsiyə olunur.
Uşaqlar və yeniyetmələr: ailəvi hiperxolesterinemiyası olan 10-17 yaşlı uşaqlarda rozuvastatinin farmakokinetik parametrləri tam təsvir edilməmişdir. Rozuvastatinin kiçik farmakokinetik tədqiqatlarının nəticələri (18 uşağın iştirakı ilə) göstərir ki, uşaqlarda rozuvastatinin ekspozisiyası böyük pasiyentlərdəkindən fərqlənmir, həmçinin dozadan asılı olaraq farmakokinetik parametrlərdə böyük kənaraçıxmalar gözlənilmir.
İstifadəsinə göstərişlər
Hiperxolesterinemiyanın müalicəsi
- Böyüklərdə, uşaqlarda və 10 yaşlı və ondan böyük yeniyetmələrdə birincili hiperxolesterinemiya (tip IIa, ailəvi heteroziqot hiperxolesterinemiya daxil olmaqla) və ya qarışıq dislipidemiya (tip IIb) dietoterapiyaya əlavə olaraq, pəhriz və digər qeyri-medikamentoz metodlar (məsələn, fiziki məşğələlər, bədən kütləsinin azaldılması) kömək etmədikdə.
- Ailəvi homoziqot hiperxolesterinemiya – dietoterapiyaya və digər lipidazaldıcı müalicəyə (məsələn, ASLP- aferez) əlavə kimi və ya belə müalicənin kifayət qədər effektli olmadığı hallarda.
Ürək-damar ağırlaşmalarının profilaktikası
ÜİX-in klinik əlamətləri olmayan, lakin onun inkişafının yüksək riski olan (kişilər üçün 50-dən yuxarı yaş, qadınlar üçün 60-dan yuxarı yaş, arterial hipertenziya, XS-YSLP-nin aşağı konsentrasiyası, siqaretdən istifadə, ÜİX-nin erkən başlanmasının ailəvi anamnezi kimi əlavə risk faktorlarının ən azı birinin mövcudluğu zamanı C-reaktiv zülalın konsentrasiyasının yüksəlməsi (> 2 mq/l) ) böyük pasiyentlərdə ağır ürək-damar ağırlaşmalarının (fəsadlarının) başvermə riskinin azaldılması üçün.
Əks göstərişlər
- rozuvastatinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
- “qaraciyər” transaminazalarının aktivliyinin davamlı yüksəlməsi də daxil olmaqla, aktiv fazada qaraciyər xəstəliyi, həmçinin qan zərdabında transaminazaların aktivliyinin normanın yuxarı həddindən 3 dəfədən artıq hər hansı yüksəlməsi;
- вöyrək funksiyalarının aydın ifadə olunan pozğunluğu (KK 30 ml/dəq. az);
- miopatiya;
- eyni zamanda siklosporinin qəbulu;
- hamiləlik və laktasiya dövrü;
- etibarlı kontrasepsiya istifadə etməyən cinsi yetişkənlik yaşına çatmış qadınlarda;
- laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.
Miopatiyanın/rabdomiolizin inkişafına meyillilik yaradan faktorlara malik pasiyentlərə rozuvastatinin 40 mq dozada istifadəsi əks göstərişdir.
Bu faktorlar aşağıdakılardı:
- böyrəklərin mötədil funksional pozğunluğu (kreatinin klirensi 60 ml/dəq);
- hipotireoz;
- şəxsi individual və ailəvi anamnezdə irsi əzələ xəstəlikləri;
- HMQ-КоА-reduktazanın digər inhibitorlarının qəbulu fonunda miotoksiklik (3-hidroksi-3-metilqlutarilkoenzim A-reduktaza)və ya anamnezdə fibratlar;
- həddindən artıq alkoqol qəbulu;
- qan plazmasında rozuvastatinin yüksəlməsinə səbəb ola bilən vəziyyətlər;
- monqoloid irqli pasiyentlər;
- eyni zamanda fibratların qəbulu.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Rozuvastatinin bütün dozaları, əsasən də 40 mq-lıq dozasını aşağıdakı hallarda ehtiyatla istifadə edirlər: miopatiyanın/rabdomiolizin inkişaf riskinin olması – böyrək çatışmazlığı, hipotireoz; şəxsi və ailəvi anamnezdə irsi əzələ xəstəlikləri və HMQ-КоА-reduktazanın digər inhibitorlarının və ya fibratların istifadəsi zamanı anamnezdə əzələ toksikliyi; həddindən artıq alkoqol qəbulu; rozuvastatinin plazma konsentrasiyasının yüksəlməsi qeyd edilən vəziyyətlər; 70 yaşdan yuxarı şəxslər; anamnezdə qaraciyər xəstəlikləri; sepsis; arterial hipotenziya; geniş cərrahi müdaxilə; travmalar; ağır metabolik, endokrin və ya elektrolit pozğunluqlar, nəzarət olunmayan epilepsiya; irqi mənsubiyyət (monqoloid irqi); fibratlarla eyni zamanda istifadəsi.
Böyrək effektləri
Başlıca olaraq kanalcıq mənşəli proteinuriya pasiyentlərdə Mertenil-in yüksək dozalarının, xüsusilə 40 mq qəbulu zamanı qeyd edilmişdir, lakin əksər hallarda bu, dövri və qısamüddətli olmuşdur. Göstərilmişdir ki, belə proteinuriya böyrəklərin mövcud xəstəliyinin proqressivləşməsi və ya kəskin böyrək xəstəliyinin inkişafı demək deyildir (bax. «Əlavə təsirlər» bölməsinə). Böyrək funksiyalarının ciddi pozğunluqlarının tezliyi 40 mq rozuvastatinin qəbulu zamanı yüksəlir. Mertenil preparatı ilə müalicə zamanı böyrək funksiyalarının göstəricilərinə nəzarət etmək tövsiyə edilir.
Dayaq-hərəkət aparatına
Mertenil-in bütün dozalarda, istifadəsi zamanı, xüsusilə preparatın 20 mq-dan yüksək dozalarda qəbulu zamanı mialgiya, miopatiya və nadir hallarda rabdomioliz aşkar edilmişdir. Çox nadir hallarda ezetimib və HMQ-КоА-reduktazanın inhibitorlarının birlikdə istifadəsi zamanı rabdomioliz baş vermişdir. Bu halda preparatın farmakoloji qarşılıqlı təsirini istisna etmək olmaz, ona görə də Mertenil və ezetimibi birlikdə ehtiyatla istifadə etmək lazımdır (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”)
40 mq rozuvastatinin qəbulu zamanı rabdomiolizin başvermə tezliyi artır.
Kreatinfosfokinazanın təyini
KFK-nın aktivliyinin təyinini KFK-nin artmasına səbəb olan intensiv fiziki yüklənmələrdən sonra etmək olmaz,belə ki, bu, nəticələrin interpretasiyasını çətinləşdirə bilər. Müalicənin başlanmasına qədər KFK göstəricisinin normanın yuxarı sərhədindən 5 dəfə və daha çox yüksəlməsi zamanı 5-7 gündən sonra ölçmə aparmaq lazımdır. Əgər təkrar ölçmə KFK-nın başlanğıc göstəricisini (normanın yuxarı sərhədi ilə müqayisədə 5 dəfə çox) təsdiq edərsə, o zaman Mertenil ilə müalicəyə başlamaq tövsiyə olunmur.
Müalicəyə başlamazdan əvvəl
Mertenil, HMQ-КоА-reduktazanın digər inhibitorları kimi, miopatiya/rabdomioliz risk faktorları olan pasiyentlərə xüsusi ehtiyatla təyin olunmalıdır.
Belə faktorlara aiddir:
- böyrək çatışmazlığı;
- hipotireoz;
- əzələ xəstəliklərinin xüsusi və ya ailəvi anamnezi;
- HMQ-КоА-reduktazanın digər inhibitorlarının və ya fibratların qəbulu fonunda anamnezdə miotoksikliyin olması;
- alkoqoldan sui-istifadə;
- 70-dən yuxarı yaş;
- qan plazmasında preparatın konsentrasiyasının artması ilə müşayiət olunan vəziyyət (bax. «İstifadə qaydası və dozası», «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri» və «Farmakokinetika»);
- eyni zamanda fibratların qəbulu.
Belə pasiyentlərdə risk və müalicənin mümkün faydası arasındakı nisbəti qiymətləndirmək və bütün müalicə kursu müddətində klinik müşahidə aparmaq lazımdır. KFK-nın əvvəlki göstəriciləri əhəmiyyətli dərəcədə artıq olarsa müalicəyə başlamaq olmaz (normanın yuxarı sərhədini 5 dəfə keçərsə).
Müalicə müddətində
Gözlənilmədən əzələ ağrıları, əzələ zəifliyi və ya spazmları, xüsusilə nasazlıq və qızdırma ilə birlikdə baş verdiyi hallarda yubanmadan həkinə məlumat verməli olduğu barədə pasiyentlərin xəbərdar edilməsi tövsiyə olunur!
Belə pasiyentlərdə mütləq KFK-nın aktivliyinə nəzarət edilməlidir. Əgər KFK-nın səviyyəsi normanın yuxarı sərhədini 5 dəfə keçərsə və ya əzələ simptomları kəskin ifadə olunursa və hər gün bütün gün ərzində diskomfort yaradırsa (hətta əgər KFK-nın aktivliyi normanın yuxarı sərhədindən 5 dəfə aşağıdırsa), müalicəni dayandırmaq lazımdır. Əgər simptomlar itirsə və KFK-nın aktivliyi normaya qayıdırsa, Mertenil-in təkrar təyini və ya HMQ-КоА-reduktazanın aşağı dozalarda alternativ təyini məsələsinə pasiyentə ciddi nəzarət etməklə baxmaq lazımdır. Rabdomioliz simptomları olmayan pasiyentlərdə KFK-nın aktivliyinə müntəzəm nəzarət məqsədəuyğun deyildir.
Rozuvastatin daxil olmaqla, statinlərlə müalicə zamanı və ya müalicənin dayandırılmasından sonra nadir hallarda immun sistem vasitəsilə törədilən, klinik cəhətdən davamlı proksimal əzələ zəifliyi və qan zərdabında kreatinkinazanın aktivliyinin yüksəlməsi ilə təzahür edən nekrotizləşdirici miopatiya qeyd edilmişdir. Əzələ və sinir sisteminin əlavə müayinəsi, seroloji müayinə, həmçinin immunodepressiv vasitələrlə müalicə tələb oluna bilər.
Lakin, HMQ-КоА-reduktazanın digər inhibitorlarını lipidsalıcı dozalarda hemfibrozil, siklosporin, nikotin turşusu daxil olmaqla fibroy turşusunun törəmələri ilə, azol qrupundan olan göbələk əleyhinə preparatlarla, proteazanın inhibitorları ilə, makrolid antibiotiklərlə birlikdə qəbul edən pasiyentlərdə miopatiya və miozitin sayının artması aşkar edilmişdir. Hemfibroliz HMQ-КоА-reduktazanın bəzi inhibitorları ilə birlikdə istifadə zamanı miopatiyanın inkişaf riskini yüksəldir. Ona görə də rozuvastatin və hemfibrozilin eyni zamanda qəbulu məsləhət görülmür. Rozuvastatinin fibratlarla və ya lipidsalıcı dozalarda (1 q-dan çox) nikotin turşusu ilə birlikdə istifadəsi zamanı risk və mümkün fayda nisbəti hərtərəfli şəkildə qiymətləndirilməlidir. 40 mq dozada rozuvastatini və fibratları eyni zamanda qəbul etmək əks göstərişdir (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri”).
Mertenili miopatiya və ya ikincili böyrək çatışmazlığının mümkün inkişafı kimi qəbul edilə bilən kəskin, ağır xəstəlikləri (məs., sepsis, arterial hipertenziya, cərrahi müdaxilə, travma, ağır metabolik sindrom, idarə olunmayan qıcolmalar, endokrin pozğunluqlar, elektrolit pozğunluqları) olan pasiyentlərə təyin etmək tövsiyə olunmur (bax. “Ehtiyatla”).
Qaraciyərə təsiri
HMQ-КоА-reduktazanın digər inhibitorları kimi, Mertenil də alkoqoldan sui istifadə edən və anamnezdə qaraciyər xəstəlikləri olan pasiyentlərə xüsusi ehtiyatla təyin edilməlidir.
Müalicənin başlanmasından 3 ay əvvəl və müalicə qurtardıqdan 3 ay sonra qaraciyər funksiyalarının göstəricilərini təyin etmək tövsiyə olunur. Əgər qan zərdabında “qaraciyər” transaminazalarının aktivliyi normanın yuxarı sərhədini 3 dəfə keçərsə, Mertenilin qəbulunu dayandırmaq və ya qəbul edilən dozanı azaltmaq lazımdır (bax: “İstifadə qaydası və dozası”). Qaraciyərin aydın ifadə olunmuş pozğunluqlarının tezliyi (əsasən, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi ilə bağlı olan) preparatın 40 mq dozada qəbulu zamanı artır. Hipotireoz, nefrotik sindrom nəticəsində ikincili hiperxolesterinemiyası olan pasiyentlərdə əsas xəstəliyin müalicəsi Mertenil ilə müalicənin başlanılmasına qədər aparılmalıdır.
İrqi mənsubiyyət
Farmakokinetik tədqiqatların gedişində aşkar edilmişdir ki, monqoloid mənşəli pasiyentlər arasında rozuvastatinin sistem konsentrasiyası avropoid irqinin nümayəndələrinə nisbətən artır (bax: “İstifadə qaydası və dozası”, “Əks göstərilər” və “Farmakokinetika”).
İİV-proteazanın inhibitorları
Rozuvastatin və İİV-proteazanın müxtəlif inhibitorlarının ritonavirlə kombinasiyasının birlikdə qəbulunun gedişində rozuvastatinin sistem ekspozisiyasının artması müşahidə edilir. Həm rozuvastatinin qəbulu fonunda qanda lipidlərin konsentrasiyasının azalmasından gözlənilən faydanı ciddi qiymətləndirmək, həm də İİV infeksiyası olan və İİV-proteazanın inhibitorlarını qəbul edən pasiyentlərdə müalicənin əvvəlində və preparatın dozasının yüksəldilməsi dövründə rozuvastatinin qan plazmasında konsentrasiyasının yüksəlməsi imkanını nəzərə almaq lazımdır. Rozuvastatinin dozasına düzəliş etmədən İİV-proteazanın inhibitorları ilə birlikdə istifadə tövsiyə olunmur (bax: “İstifadə qaydası və dozası” və «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri»).
Laktoza
Preparatın tərkibində laktoza vardır, ona görə də qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı kimi nadir irsi xəstəlikləri və qlükoza-qalaktoza malabsorbsiyası sindromu olan pasiyentlər onu qəbul etməməlidir.
Ağciyərlərin interstisial xəstəliyi
Bəzi statinlərin, xüsusilə uzun müddət ərzində istifadəsi zamanı tək-tək hallarda ağciyərlərin interstisial xəstəliyi barədə məlumat verilmişdir (bax: “əlavə təsirləri”). Xəstəliyin təzahürləri təngnəfəslik, quru öskürək və ümumi əhvalın pisləşməsi (zəiflik, bədən kütləsinin azalması və qızdırma) ola bilər.
Ağciyərlərin interstisial xəstəliyinə şübhə olarsa, statinlərlə müalicəni dayandırmaq lazımdır.
2-ci tip şəkərli diabet
Sübutlar vardır ki, statinlər, dərman vasitələrinin bir sinfi kimi şəkərli diabetin inkişafının yüksək riski olan bəzi pasiyentlərdə qanda qlükozanın konsentrasiyasını yüksəldir ki, bu da gələcəkdə hiperqlikemiyanın elə səviyyəyə gəlməsinə səbəb ola bilər ki, şəkərli diabetin standart müalicəsi lazım gəlsin. Lakin, bu risk damar fəsadlarının inkişaf riskinin azalması ilə yenidən qiymətləndirilir, ona görə də statinlərlə müalicənin dayandırılmasına səbəb yoxdur. Hiperqlikemiyanın risk qrupunda olan pasiyentlərdə (acqarına qlükozanın konsentrasiyası 5,6-dan 6,9 mmol/l-ə qədər, BKİ > 30 kq/m2, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, arterial hipertenziya) milli tövsiyələrə müvafiq olaraq klinik və bikimyəvi göstəricilərin monitorinqini aparmaq lazımdır.
10-17 yaş uşaqlar və yeniyetmələr
Məlumdur ki, rozuvastatinin boya, bədən kütləsinə, BKİ-yə və ikincili cinsi əlamətlərin inkişafına təsiri Tanner şkalasına görə 10-17 yaşlı uşaqlarda və yeniyetmələrdə yalnız bir il ərzində qiymətləndirilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələrinin rozuvastatinə təsiri
Nəqledici zülalların inhibitorları: rozuvastatin qaraciyərdə tutulma nəqledicisi OATP1B1 və efflüks nəqledicisi BCRP daxil olmaqla, bəzi nəqledici zülalların substratıdır. Rozuvastatinin və və bu nəqledici zülalların inhibitorları olan preparatların birlikdə istifadəsi qan plazmasında rozuvastatinin konsentrasiyasının yüksəlməsi və miopatiyanın inkişafının yüksək riski ilə müşayiət oluna bilər (bax: «İstifadə qaydası və dozası», «Ehtiyat tədbirləri» və «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri», Cədvəl 3).
Siklosporin: rozuvastatin və siklosporinin eyni zamanda qəbulu zamanı rozuvastatinin AUC-u sağlam könüllülərdəkinə nisbətən 7 dəfə artmışdır (bax: Cədvəl 3). Siklosporin qəbul edən pasiyentlərə rozuvastatin əks göstərişdi (bax “Əks göstərişlər” bölməsinə). Preparatların eyni zamanda istifadəsi qan plazmasında siklosporinin konsentrasiyasına təsir etmir.
Proteazanın inhibitorları: baxmayaraq ki, qarşılıqlı təsirin dəqiq mexanizmi məlum deyil, rozuvastatinin proteazanın inhibitorları ilə eyni zamanda istifadəsi rozuvastatinin ekspozisiyasının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. (bax. Cədvəl 3).
Proteazanın inhibitorları: baxmayaraq ki, qarşılıqlı təsirin dəqiq mexanizmi məlum deyil, rozuvastatinin proteazanın inhibitorları ilə eyni zamanda istifadəsi rozuvastatinin yarımxaricolma dövrünün uzanmasına səbəb ola bilər. Farmakokinetik tədqiqatın gedişində sağlamkönüllülər tərəfindən 10 mq rozuvastatinin tərkibində proteazanın 2 inhibitoru olan (300 mq atazanavir/100 mq ritonavir) kombinəolunmuş preparatla birlikdə qəbulu zamanı rozuvastatinin AUC–un bərabər vəziyyətdə 3 dəfə, Cmax-nun isə 7 dəfə artması aşkar edilmişdir. Rozuvastatinin və proteazanın inhibitorlarının bəzi kombinasiyalarının yanaşı istifadəsi rozuvastatinin ekspozisiyasının gözlənilən artmasına əsaslanaraq rozuvastatinin dozasının ciddi seçilməsindən sonra mümkündür (bax: «İstifadə qaydası və dozası», «Ehtiyat tədbirləri» və «Digər dərman vasitələri ilə qarşılıqlı təsiri», Cədvəl 3).
Hemfibrozil və lipidlərin səviyyəsini aşağı salan digər dərman vasitələri: rozuvastatin və hemfibrozillinin eyni zamanda qəbulu rozuvastatinin Cmax və AUC-nun 2 dəfə yüksəlməsinə gətirib çıxarır (bax: «Ehtiyat tədbirləri»). Xüsusi qarşılıqlı təsirə aid tədqiqat nəticələrinə əsasən fenofibratlarla uyğun farmakokinetik qarşılıqlı təsir gözlənilmir, lakin farmakodinamik qarşılıqlı təsir mümkündür. Hemfibrozil, fenofibrat, digər fibratlar və nikotin turşusu lipidazaldıcı dozalarda (gündə 1q və ya daha çox) HMQ-КоА-reduktazanın inhibitorları ilə birlikdə istifadə zamanı miopatiyanın inkişaf riskini yüksəltmişdir, çox güman ona görə ki, onlar monoterapiyada qəbul zamanı miopatiya törədə bilər. 40 mq rozuvastatinin və fibratların eyni zamanda qəbulu əks göstərişdir (bax: “Ehtiyat tədbirləri” və “Əks göstərişlər”). Bu qrup pasiyentlərdə Mertenil-in başlanğıc dozası 5mq-dan artıq olmamalıdır
Ezetimib: rozuvastatinin 10 mq dozada və ezetimibin 10 mq dozada birlikdə istifadəsi hiperxolesterinemiyalı pasiyentlərdə rozuvastatinin AUC-unun 1,2 dəfə artması ilə müşayiət olunmuşdur (bax. Cədvəl 3). Lakin rozuvastatin və ezetimib arasında arzuolunmaz təsirlərə səbəb ola bilən farmakodinamik qarşılıqlı təsirin olmasını istisna etmək olmaz. (bax. “Ehtiyat tədbirləri” bölməsinə).
Аntasidlər: rozuvastatin və tərkibində alüminium və ya maqnezium hidroksid olan suspenziya şəklində antasidlərin eyni zamanda qəbulu qan plazmasında rozuvastatinin konsentrasiyasının təqribən 50% azalmasına gətirib çıxara bilər. Əgər antasidlər rozuvastatinin qəbulundan 2 saat sonra istifadə edilərsə bu təsiri zəif ifadə olunar. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti öyrənilməmişdir.
Eritromisin: rozuvastatin və eritromisinin eyni zamanda qəbulu rozuvastatinin AUC(0-t)-nun 20% və Cmax –nun 30% azalmasına gətirib çıxara bilər. Bu qarşılıqlı təsir eritromisinin qəbulu ilə əlaqədar olaraq bağırsağın hərəki fəaliyyəti güclənməsi ilə bağlı ola bilər.
P450 sitoxromun izofermentləri: in vitro və in vivo aparılan tədqiqatların nəticələri göstərir ki, rozuvastatin P450 sitoxromum izofermentlərinin nə inhibitoru nə də induktoru deyildir. Bundan başqa, rozuvastatin bu fermentlər üçün kifayət qədər zəif substratdır. Ona görə də P450 sitoxromunun metabolizmi ilə bağlı dərman vasitələrinin hər hansı qarşılıqlı təsiri gözlənilmir. Rozuvastatin və flukonazol (CYP2C9 və CYP3A4 izofermentlərinin inhibitoru) və ya ketokonazol (CYP2A6 və CYP3A4 izofermentlərinin inhibitoru) arasında klinik əhəmiyyət daşıyan qarşılıqlı təsir aşkar edilməmişdir. Eyni zamanda itrakonazolun (CYP3A4 izofermentinin inhibitoru) və rozuvastatinin istifadəsi rozuvastatinin AUC-nun 28% artmasına (klinik əhəmiyyətli) səbəb olmuşdur.
Rozuvastatinin dozasına düzəliş edilməsini tələb edən dərman vasitələri ilə qarşılıqlı təsiri
Rozuvastatinin ekspozisiyasını artıran dərman preparatları ilə birlikdə istifadə zəruri olarsa, Mertenil preparatının dozasına düzəliş etmək lazımdır. Əgər ekspozisiyanın (AUC) 2 dəfə və daha çox artması gözlənilərsə, Mertenil preparatının başlanğıc dozası gündə 1 dəfə 5 mq təşkil etməlidir. Həmçinin Mertenil preparatının gündəlik dozasına elə düzəliş etmək lazımdır ki, rozuvastatinlə qarşılıqlı təsirdə olan dərman preparatlarının birlikdə təyin edilməməsi zamanı qəbul edilən 40 mq doza üçün ekspozisiyadan çox olmasın. Məsələn, Mertenilin gündəlik maksimal dozası hemfibrozalinlə birlikdə istifadəsi zamanı 20 mq (ekspozisiyanın 1,9 dəfə artması), atazanavir/ritonavarlə – 10 mq-dır (ekspozisiyanın 3,1 dəfə artması).
Cədvəl 3. Yanaşı müalicənin rozuvastatinin ekspozisiyasına (AUC, nəticələr azalma istiqamətində verilmişdir) təsiri – nəşr edilmiş klinik tədqiqatların nəticələri.
Yanaşı müalicə rejimi
|
Rozuvastatinin qəbul rejimi |
Rozuvastatinin AUC-nun dəyişməsi* |
Siklosporin 75-200 mq gündə 2 dəfə, 6 ay. |
10 mq gündə 1 dəfə, 10 gün
|
7,1 dəfə artması
|
Atanazavir 300 mq/ritonavir 100 mq gündə 1 dəfə, 8 gün |
10 mq birdəfəyə
|
3,1 dəfə artması
|
Lopinavir 400 mq/ ritonavir 100 mq gündə 2 dəfə, 17 gün |
20 mq gündə 1 dəf., 7 gün
|
2,1 dəfə artması
|
Gemfibrozil600 mq 2 gündə 2 dəfə, 7 gün |
80 mq birdəfəyə
|
1,9 dəfə artması
|
Eltrombopaq 75 mq gündə 1 dəfə, 10 gün |
10 mq birdəfəyə
|
1,6 dəfə artması
|
Darunavir 600 mq/ ritonavir 100 mq gündə 2 dəfə, 7 gün |
10 mq gündə 1 dəfə, 7 gün
|
1,5 dəfə artması
|
Tipranavir 500 mq/ ritonavir 200 mq gündə 2 dəfə, 11 gün |
10 mq birdəfəyə
|
1,4 dəfə artması
|
Dronedaron 400 mq gündə 2 dəfə. |
Məlumat yoxdur |
1,4 dəfə artması
|
İtrakonazol 200 mq gündə 1 dəfə., 5 gün |
10 mq birdəfəyə
|
1,4 dəfə artması**
|
Ezetimib 10 mq gündə 1 dəfə, 14 gün |
10 mq gündə 1 dəfə, 14 gün |
1,2 dəfə artması**
|
Fosamprenavir 700 mq/ritonavir 100 mq gündə 2 dəfə, 8 gün |
10 mq birdəfəyə
|
Dəyişiksiz |
Aleqlizatar 0,3 mq 7 gün |
40 mq, 7 gün |
Dəyişiksiz |
Silimarin 140 mq gündə 3 dəfə, 5 gün |
10 mq birdəfəyə
|
Dəyişiksiz |
Fenofibrat 67 mq gündə 3 dəfə, 7 gün |
10 mq, 7 gün |
Dəyişiksiz |
Rifampin 450 mq gündə 1 dəfə, 7 gün |
20 mq birdəfəyə |
Dəyişiksiz |
Ketokonazol 200 mq gündə 2 dəfə, 7 gün |
80 mq birdəfəyə |
Dəyişiksiz |
Flukonazol 200 mq gündə 1 dəfə, 11 gün |
80 mq birdəfəyə |
Dəyişiksiz |
Eritromitsin 500 mq gündə 4 dəfə, 7 gün |
80 mq birdəfəyə |
28% azalma |
Baykalin 50 mq gündə 3 dəfə, 14 gün |
20 mq birdəfəyə |
47% azalma |
*Çoxlu dəyişiklik kimi təqdim edilən məlumatlar birlikdə istifadə zamanı AUC göstəricisinin rozuvastatinlə monoterapiya zamanı AUC göstəricisinə nisbətini göstərir. %-lə dəyişiklik kimi təqdim edilən məlumatlar rozuvastatinlə monoterapiyaya münasibətdə fərqi (%) əks etdirir.
**Dərman qarşılıqlı təsirinə dair bir neçə tədqiqat rozuvastatinin müxtəlif dozaları ilə həyata keçirilmişdir; cədvəldə ən müxtəlif kənaraçıxmalar təqdim edilmişdir.
Rozuvastatinin istifadəsinin digər dərman vasitələrinə təsiri
К vitamininin antaqonistləri: HMQ-КоА-reduktazanın digər inhibitorlarında olduğu kimi, eyni zamanda K vitamininin antaqonistlərini qəbul edən pasiyentlərdə (məs., varfarin və ya digər kumarin antikoaqulyantları) rozuvastatinlə müalicənin başlanması və ya preparatın dozasının yüksəldilməsi beynəlxalq normalaşdırılmış münasibətin (BNM) artmasına gətirib çıxara bilər. Rozuvastatinin ləğvi və ya dozasının azaldılması BNM-nin azalmasına səbəb ola bilər. Belə hallarda BNM-nin monitorinqini aparmaq lazımdır.
Peroral kontraseptivlər/hormonəvəzedici müalicə: rozuvastatinin və peroral kontraseptivlərin birlikdə qəbulu etinilestradiolun və norqestrelin AUC-nun müvafiq olaraq 26% və 34% artmasına gətirib çıxara bilər. Plazma konsentrasiyalarının bu cür yüksəlməsini peroral kontraseptivlərin dozasını seçərkən nəzərə almaq lazımdır. Rozuvastatin və hormonəvəzedici preparatların eyni zamanda istifadəsinə dair farmakokinetik məlumat yoxdur. Buna görə də bu kombinasiyanın istifadəsi zamanı analoji təsiri istisna etmək olmaz. Lakin preparatların belə kombinasiyası klinik tədqiqatların keçirilməsi zamanı qadınlar tərəfindən kifayət qədər geniş istifadə olunmuş və yaxşı qəbul olunmuşdur.
Digər dərman vasitələri: rozuvastatinlə diqoksinin eyni zamanda qəbulu zamanı klinik əhəmiyyət daşıyan qarşılıqlı təsir gözlənilmir
Uşaqlar
Qarşılıqlı təsirə dair tədqiqatlar yalnız böyüklər üzərində həyata keçirilmişdir. Uşaqlarda qarşılıqlı təsirin intensivliyi məlum deyildir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Mertenilin hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Doğuş qabiliyyətli qadınlar etibarlı və adekvat kontrasepsiya vasitələrindən istifadə etməlidirlər.
Hamiləlik
Xolesterin və xolesterinin biosintez məhsulları dölün inkişafı üçün böyük əhəmiyyətə malik olduğu üçün HMQ-КоА-reduktazanın inhibə olunmasının potensial riski onun hamiləlik dövründə istifadəsi nəticəsində əldə olunan faydanı üstələyir.
Hamiləlik baş verdiyi halda preparatın qəbulunu dərhal dayandırmaq lazımdır.
Laktasiya
Preparatın ana südü ilə xaric olması barədə məlumat yoxdur. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət olarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Fertillik
Reproduktiv toksikliyə dair məhdud məlumatlar vardır (heyvanlar üzərində aparılan tədqiqatların nəticələri).
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Mertenil-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə aid tədqiqat işləri aparılmayıb. Lakin preparatın farmakodinamik xassələrinə əsasən gözləmək olar ki, Mertenil belə təsir göstərməməlidir.
Bununla belə nəqliyyat vasitələrini idarə edərkən və potensial təhlükəli mexanizmlərlə işləyərkən, nəzərə almaq lazımdır ki, müalicə vaxtı başgicəllənmə ola bilər.
İstifadə qaydası və dozası
Müalicəyə başlamazdan əvvəl pasiyent tərkibində xolesterinin miqdarı az olan ərzaq məhsullarından istifadə etməklə standart pəhriz saxlamalı və bunu bütün müalicə dövründə davam etdirməlidir.
Dozaları
Preparatın dozası aparılan müalicənin məqsədinə və pasiyentin müalicəyə cavab reaksiyasına uyğun olaraq fərdi şəkildə seçilməlidir. Bu zaman lipidlərin əsas səviyyələri üzrə ümumi qəbul edilmiş tövsiyələr nəzərə alınmalıdır.
İstifadə qaydası
Günün istənilən vaxtında, qida qəbulundan asılı olmayaraq, çeynəmədən və xırdalamadan, bütöv şəkildə su ilə daxilə qəbul edilir.
Hiperxolesterinemiyanın müalicəsi
Həm əvvəllər statinlər qəbul etməyən, həm də bu preparatla müalicəyə keçirilməzdən əvvəl HMQ-КоА reduktazanın digər inhibitorları ilə müalicə olunan pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 5 mq və ya 10 mq təşkil edir.
Preparatın başlanğıc dozasını seçərkən hər bir konkret şəxsdə xolesterinin miqdarını və həmçinin ürək-damar sistemi tərəfindən fəsadların inkişaf riskini və əlavə təsirlərin yaranmasının potensial riskini nəzərə almaq lazımdır. Lazım gələrsə, 4 həftədən sonra dozanı korrektə etmək olar.
Preparatın daha aşağı dozaları ilə müqayisədə 40 mq dozanın qəbulu zamanı mümkün əlavə təsirlərin inkişafı ilə əlaqədar olaraq 40 mq maksimal dozaya qədər son titrləmə yalnız 20 mq dozanın qəbulu zamanı xolesterinin əsas səviyyəsi əldə edilə bilməyən zaman, hiperxolesterinemiyanın ağır formaları olan və ürək-damar fəsadlarının yüksək riskinə malik pasiyentlərdə (xüsusilə irsi hiperxolesterinemiyalı pasiyentlərdə) həyata keçirilməlidir, belə pasiyentlər həkim nəzarəti altında olmalıdır. 40 mq doza təyin olunan zaman ciddi həkim nəzarəti tövsiyə olunur.
Ürək-damar fəsadlarının profilaktikası
Ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmaq üçün aparılan tədqiqatlarda rozuvastatin gündə 20 mq dozada istifadə edilmişdir.
Uşaqlar və yeniyetmələr
Uşaqlarda rozuvastatinin istifadəsi ancaq mütəxəssis tərəfindən aparılmalıdır.
10-17 yaş uşaqlar və yeniyetmələr (oğlanlar – Tanner şkalasına görə II və daha yuxarı mərhələdə ikincili cinsi əlamətlərlə, qızlar – ilk menstruasiyadan bir il sonradan tez olmayaraq).
Ailə hiteroziqot hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə, adətən başlanğıc doza gündə 5 mq təşkil edir.Adi doza diapazonu 5–20 mq daxilə gündə bir dəfə.
Dozanın titrlənməsi pasiyentin aparılan müalicəyə cavab reaksiyasına və dözümlülüyünə müvafiq olaraq uşaqların və yeniyetmələrin müalicəsinə dair tövsiyələrə əsasən fərdi şəkildə həyata keçirilməlidir. Müalicəyə başlamazdan əvvəl pasiyent aşağı tərkibli xolesterini olan qida məhsullarından istifadə etməli və bunu bütün müalicə dövründə də davam etdirməlidir.
Uşaqlarda 20 mq-dan çox dozanın təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.
10 yaşa qədər uşaqlar
10 yaşınadək uşaqlarda rosuvastatinin istifadə təcrübəsi məhduddur. Ona görə də Mertenil® in 10 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur.
Yaşlı pasiyentlər
70 yaşdan yuxarı pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir.
Böyrək çatışmazlığı olan pasiyentlər
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Orta dərəcəli böyrək çatışmazlığı olan (KK 60 ml/dəq-dən aşağı) pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir. Ağır böyrək çatışmazlığı olan pasiyentlərə Mertenil®in hər hansı dozada təyin edilməsi əks göstərişdir (bax: “Əks göstərişlər” və “Farmakokinetika”) Orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərə preparatın 40 mq dozada təyin edilməsi əks göstərişdir.
Qaraciyər çatışmazlığı olan pasiyentlər
Çayld-Pyu şkalası üzrə 7 bala bərabər və ondan aşağı balı olan pasiyentlərdə Rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi aşkar edilməmişdir. Lakin Çayld-Pyu şkalası üzrə 8 və 9 balı olan pasiyentlərdə preparatın sistem konsentrasiyasının yüksəlməsi müşahidə edilmişdir. Belə pasiyentlərdə müalicə fonunda qaraciyərin funksiyalarına nəzarət etmək lazımdır. Çayld-Pyu şkalası üzrə 9-dan yuxarı balı olan pasiyentlərdə istifadəsinə dair məlumat yoxdur. Aktiv fazada qaraciyər xəstəlikləri olan pasiyentlərə Mertenil® əks göstərişdir.
Etnik qruplar
Monqoloid irqindən olan pasiyentlərdə rozuvastatinin sistem konsentrasiyasının artması mümkündür. 10 və 20 mq dozalarda təyin olunarkən monqoloid mənşəli pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Belə pasiyentlərə preparatın 40 mq dozada təyin edilməsi əks göstərişdir.
Genetik polimorfoz
Məlumdur ki, genetik polimorfizmin müəyyən tipləri rozuvastatinin ekspozisiyasının artmasına gətirib çıxara bilər (bax: “Farmakokinetika” bölməsi). Belə polimorfizmin olduğu məlum olan pasiyentlər üçün rozuvastatinin daha aşağı gündəlik dozaları tövsiyə olunur.
Miopatiyaya meylli pasiyentlər
Miopatiyaya meylli pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir («Ehtiyat tədbirləri» bölməsinə bax).
Yanaşı müalicə
Rozuvastatin müxtəlif nəqledici zülallar üçün (məsələn, OATP1B1 və BCRP) substratdır. Mertenil preparatının qan plazmasında rozuvastatinin konsentrasiyasını nəqledici zülallarla qarşılıqlı təsir hesabına yüksəldən dərman preparatları ilə (siklosporin, İİVproteazanın bəzi inhibitorları, o cümlədən ritonavirin atazanavirlə, lopinavirlə və/və ya tipranavirlə kombinasiyası kimi) yanaşı istifadəsi zamanı miopatiya riski (rabdomioliz daxil olmaqla) yüksələ bilər (bax: „Ehtiyat tədbirləri” və „Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Belə hallarda alternativ müalicənin təyin edilməsi imkanı və ya Mertenil preparatının istifadəsinin müvəqqəti dayandırılması imkanı qiymətləndirilməlidir. Əgər yuxarıda göstərilən preparatların və rozuvastatinin istifadəsi zəruri olarsa, yanaşı müalicənin fayda və risk nisbətini qiymətləndirmək və Mertenil preparatının dozasının azaldılması imkanını nəzərdən keçirmək lazımdır (bax: „Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
Əlavə təsirləri
Mertenil preparatının qəbulu ilə bağlı olan əlavə təsirlər adətən zəif ifadə olunur və qısamüddətlidir. Nəzarət olunan klinik sınaqların aparılması zamanı rozuvastatin qəbul edən pasiyentlərin 4%-dən azında əlavə təsirlərin inkişaf etməsi səbəbindən müalicə dayandırılmışdır.
Klinik tədqiqatların nəticələri və postmarketinq istifadəsinin geniş təcrübəsi əsasında aşağıda təqdim edilən Cədvəl 2-də rozuvastatinin arzuolunmaz dərman reaksiyalarının (ADR) profili göstərilir.
ADR onların başvermə tezliyinə fə orqan sistemi sinfi üzrə təsnif edilir.
ADR-in tezliyi aşağıdakı kimi təqdim edilir: tez-tez (≥1/100- dən <1/10-a qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥1/10000-dən <1/1000-ə qədər); çox nadir (<1/10000); tezlik məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirmək olmaz).
Cədvəl 2. Xoşagəlməz dərman reaksiyaları
Orqan sistemi sinfi |
Tez-tez |
Bəzən |
Nadir |
Çox nadir |
Tezlik məlum deyil |
Qan və limfatik sistemdə baş verən pozğunluqlar |
|
|
Trombositopeniya |
|
|
İmmun sistemdə baş verən pozğunluqlar |
|
|
Angionevrotik ödem daxil olmaqla yüksək həssaslıq reaksiyaları |
|
|
Endokrin sistemdə baş verən pozğunluqlar |
2-ci tip1 şəkərli diabet |
|
|
|
|
Psixikanın pozulması |
|
|
|
|
Depressiya |
Sinir sistemində baş verən pozğunluqlar |
Başağrısı, başgicəllənmə, |
|
|
polineyropatiya, yaddaşın itməsi |
Periferik neyropatiya, Yuxu pozğunluğu (yuxusuzluq və “əcaib” yuxugörmələr ) |
Tənəffüs sistemində, döş qəfəsi və divar-aralığı orqanlarında baş verən poz-ğunluqlar |
|
|
|
|
Öskürək Tənginəfəslik |
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar |
Qəbizlik Ürəkbulanma Qarında ağrılar |
|
Pankreatit |
|
Diareya |
Qaraciyərdə və ödqovucu yollarda baş verən pozğunluqlar |
|
|
“Qaraciyər” transaminazlarının aktivliyinin artması |
Sarılıq, hepatit |
|
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar |
|
Dəri qaşınması Səpgi Övrə
|
|
|
Stivenson-Cons sindromu
|
Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar |
Mialgiya |
|
Miopatiya (miozit daxil olmaqla), rabdomioliz |
Artralgiya |
İmmun sistem vasitəsilə nekrotizləşən miopatiya
Vətərlərin xəstəlikləri bir sıra hallarda qırılma ilə ağırlaşmışdır |
Boyrəklərdə və sidikqovucu yollarda baş verən pozğunluqlar |
|
|
|
Hematuriya |
|
Cinsi orqanlar və süd vəzilərində baş verən pozğunluqlar |
|
|
|
Ginekomastiya |
|
Ümumi pozğunluqlar və yeridilmə ye-rində pozğunluq |
Astenik sindrom |
|
|
|
Periferik ödemlər |
1 Başvermə tezliyi risk faktorlarının olmasından və ya olmamasından asılı olacaqdır (acqarına qlükozanın konsentrasiyası ≥5,6 mmol/l, BKİ >30 kq/m2, triqliseridlərin konsentrasiyasının yüksəlməsi, anamnezdə arterial hipertenziya). |
HMQ-КоА-reduktazanın digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, əlavə təsirlərin başvermə tezliyi dozadan asılı xarakter daşıyır.
Böyrəklərə və sidikqovucu yollara: rozuvastatinin qəbulu zamanı əsasən kanalcıq mənşəli proteinuriya müşahidə edilmişdir. Sidikdə zülal miqdarının dəyişməsi (heç olmamaqdan ++ səviyyəyə qədər izinin və daha çox olmasına qədər) 10 və 20 mq rozuvastatin qəbul edən
pasiyentlərin 1%-dən azında, 40 mq doza qəbul edən pasiyentlərin isə təqribən 3%-də müşahidə edilmişdir.
Sidikdə zülal miqdarının minimal dəyişməsi, sıfır səviyyəsindən aydın ifadə olunmuş dəyişilmədə və ya + səviyyəsinə qədər olması preparatı 20 mq dozada qəbul etdikdə müşahidə edilmişdir. Əksər hallarda müalicə prosesində proteinuriya azalmış və sərbəst şəkildə keçmişdir. Klinik tədqiqatlardan alınan məlumatların analizi zamanı proteinuriya ilə böyrəklərin kəskin və proqressivləşən xəstəlikləri ilə səbəb-nəticə əlaqəsi aşkar edilməmişdir.
Rozuvastatinlə müalicə kursu keçmiş bəzi pasiyentlərdə hematuriya müşahidə edilmişdir, lakin klinik sınaq nəticələri bu halların başvermə tezliyinin çox aşağı olduğunu göstərmişdir.
Sümük-əzələ sisteminə və birləşdirici toxumaya: skelet əzələlərinə mialgiya, miopatiya (miozit daxil olmaqla), nadir hallarda – kəskin böyrək çatışmazlığının inkişafı ilə müşayiət olunan və ya onsuz rabdomioliz törədən təsiri rozuvastatinin istənilən dozasını, xüsusilə 20 mq-dan yüksək doza qəbul etmiş pasiyentlərdə müşahidə edilmişdir. Rozuvastatin qəbul edən pasiyentlərdə qəbul edilən dozadan asılı olaraq, kreatinfosfokinazanın (KFK) miqdarının artması aşkar edilmişdir, lakin əksər hallarda bu təzahür əhəmiyyətsiz dərəcədə, simptomsuz və müvəqqəti olmuşdur. Əgər KFK-nin miqdarı normanın yuxarı sərhədini 5 dəfə keçərsə, o zaman müalicə dayandırılmalıdır. (bax: “Ehtiyat tədbirləri” bölməsinə).
Qaraciyərə və ödqovucu yollara: HMQ-КоА-reduktazanın digər inhibitorlarının qəbulu zamanı olduğu kimi, rozuvastatin qəbul edən pasiyentlərin az miqdarında qəbul edilən dozadan asılı olaraq “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi aşkar edilmişdir. Bu zaman əksər hallarda bu yüksəliş zəif ifadə olunmuş, simptomsuz və keçici olmuşdur.
Bəzi statinlərin istifadəsi zamanı aşağıdakı ADR barədə məlumat verilmişdir: - seksual disfunksiya;
- çox nadir hallarda – ağ ciyərlərin interstisial xəstəlikləri, əsasən də uzunmüddətli müalicə zamanı (bax: “Ehtiyat tədbirləri” bölməsinə).
Rabdomioliz hallarının, böyrək və qaraciyərdə ciddi pozğunluqların tezliyi (əsasən qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi) 40 mq dozanın istifadəsi zamanı yüksək olmuşdur.
Uşaqlar və yeniyetmələr
Məşqlərdən və əhəmiyyətli fiziki yüklənmədən sonra böyüklərə nisbətən uşaqlarda və yeniyetmələrdə daha tez-tez КFК > 10 × ВVAH və əzələ simptomlarının yüksəlməsi qeyd edilmişdir (bax: «Ehtiyat tədbirləri»), baxmayaraq ki, uşaqlarda, yeniyetmələrdə və böyüklərdə rozuvastatinin istifadəsinin təhlükəsizlik profili eynidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı xüsusi müalicə yoxdur.
Doza həddinin aşılması zamanı simptomatik müalicə aparılması və dəstəkləyici tədbirlərin görülməsi tövsiyə olunur. Qaraciyər funksiyalarına və KFK-nın aktivliyinə nəzarət etmək lazımdır. Bu halda hemodializ çox güman ki, az effektivdir.
Buraxılış forması
10 örtüklü tablet PA/Al/PVX-plyonka və alüminium folqadan olan blisterdə.
3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 °С- dən yüksək olmayan temperaturda, işıq şüalarından qorumaq üçün orijinal qutusunda saxlamaq lazımdır.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«Gedeon Rixter» ASC
H-1103 Budapeşt, Demrei küç., 19-21, Macarıstan.
Qaynar xəttin telefonu (zəng pulsuzdur!): 7-800-555-00777.
Elektron ünvanı: [email protected]