
Profarma Pharmaceutical
Medenza
MEDENZA
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ:
Hər həbin tərkibində:
Papaya (Carica papaya L.) fruit d.e. 50 mq
Papain (Papain 2.5FlP Ul/mg) 75 mq
Razyana (Foeniculum vulgare fruit d.e. std. 0.9-1.1% as e.o.) 85 mq
Bromelayn (Bromelain 2500 GDU/g) 50 mq
Enzim kompleks (Mix of enzymes (Amylase - 1.500 DU, Protease - 3000 HUT, Glucoamylase - 2 AGU, Lipase - 112.5 FCC FlP, Cellulase -300 CU, Lactase - 500 ALU, Pectinase 7 endo - PGU, maltodextrins from rice fermented with Aspergillus oryzae)) 50 mq
Köməkçi maddələr: Mikrokristallik sellüloza, silisium, maqnezium stearat, asetillənmiş modifikasiyaya uğramış nişasta, talk, titanium dioksid, qliserol, sulu qətran məhlulu.
XÜSUSİYYƏTLƏRİ
Medenza bitki və mikroorqanizm mənşəli, yüksək aktivliyə malik, turşuya davamlı fermentlərin kombinasiyası olub, həzm prosesini yaxşılaşdırır. Tərkibinə daxil olan pankreatik fermentlər (amilaza, proteaza, lipaza) zülalların, yağların, karbohidratların həzm olunmasını asanlaşdırır və nazik bağırsaqdan tam absorbsiyasını təmin edir. Peristaltikanı yaxşılaşdırır, gəyirməni, köpü və qarında ağırlıq hissiyatını azaldır. Bağırsaq
mikroflorasını yaxşılaşdırır. Tərkibindəki papaya, papain, bromelain, bitki mənşəli proteolitik fermentlər olub, turş, qələvi və neytral mühitə davamlı olduğundan öz təsirini hər bir şəraitdə qoruyub saxlayırlar. Selikli qişadan 6-10% sorularaq immunomodulyator, iltihabəleyhinə, təsir göstərə bilirlər. Medenza antibacterial vasitələrin plazamda və iltihab ocağında konsentrasiyasını artıraraq, onların effektivliyini artırır.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR
Ferment çatışmazlığı ilə bağlı yaranan halların kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA
14 yaşdan yuxarı və böyüklər -1 tablet gündə 1 dəfə yeməkdən sonra.
ƏLAVƏ TƏSİRLƏR
Nadir hallarda allergik reaksiyalar.
ƏKS GÖSTƏRIŞLƏR
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
SAXLANMA ŞƏRAİTİ
Quru, günəş şualarından və istilik mənbələrindən uzaq yerdə saxlamaq lazımdır.
BURAXILIŞ FORMASI
Tablet №30 (3x10) blisterdə, karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya