PharmEd

Profarma Pharmaceutical

Liberon

LİBERON

 

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 

TƏRKİBİ

Silimarin (Silybum marianum dry extract standardized 15% as s ilymarin ) -100 mq

Qlütation (Glutathione) - 75 mq

Ornitin (Ornithine chloridrate) - 75 mq

İnositol (Inositol) - 75 mq

Xolin (Choline bitartrate) - 56.25 mq

Vitamin E asetat std. 50% - 120 mq (Vitamin E - 60 mq)

(Vitamin E acetate standardized 50% -120 mg (of which Vitamin E - 60 mg).

Köməkçi maddələr: mikrokristallik sellüloza, ikiəsaslı kalsium fosfat, hidroksipropil sellüloza, silisium, bitki mənşəli maqnezium stearat, stearik asid.

 

XÜSUSİYYƏTLƏRİ

Silimarin tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, detoksikant və iltihabəleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə, hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Silimarin lipidlərin peroksidləşmə reaksiyalarını blokada edərək, hüceyrə strukturunun zədələnməsinin qarşısını alır və regenerasiya proseslərini sürətləndirir. Silimarin alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır.

Qlütation – güclü antioksidantdır. Qlütationreduktaza fermentinin təsirilə oksidləşir. Leykotrienlərin sintezində iştirak edir, qlütationperoksidaza fermentinin kofaktorudur. Qlütation hidrofil molekul olub, qaraciyərin fermentləri ilə birləşərək hidrofob toksik maddələrin biotransformasiya prosesini həyata keçirərək, ödlə xaric olunur.

Ornitin hepatoprotektor, detoksikant, hipoazotemik təsirlərə malikdir. Amin qruplarının sidik cövhəri sintezinə (ornitin dövranı) sərf olunmasını sürətləndirir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu-qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Müxtəlif xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır.

İnositol B qrup vitaminlərə aid olub, hepatositləri destruksiyadan qoruyur, yeni hepatositlərin əmələ gəlməsinə səbəb olur. Xolin inozitolun iştrakı ilə lesitinin sintezində iştrak edir. Ödün qovulmasını yaxşılaşdırır.

Xolin B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Qaraciyər hüceyrələrinin fəaliyyətini artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir.

Vitamin E güclü antioksidantdır. Alkoqol, dərman maddələri, stress və s. xroniki qaraciyər xəstəliklərinin əsas səbəbləridir. Vitamin E isə aktiv antioksidant olub onları zərərsizləşdirmək qabiliyyətindədir.

 

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR

Qaraciyərin fəaliyyətini yaxşılaşdıran məqsədi ilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

18 yaşdan yuxarı şəxslər 1 tablet gündə 2 dəfə əsas yeməkdən sonra.

 

ƏLAVƏ TƏSİRLƏRİ

Nadir hallarda dəri reaksiyaları, ürəkbulanma.

 

ƏKS GÖSTƏRİŞLƏRİ

Məhsulun tərkibində olan hər hansı komponentə qarşı həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər şəxslər.

 

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

 

BURAXILIŞ FORMASI

Tablet № 60 (4x15) blisterdə, karton qutu qablaşmada.

 

SAXLANMA QAYDASI

Sərin, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

DƏRMAN VASİTƏSİ DEYİL.

 

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya