
Profarma Pharmaceutical
Komposor 24
KOMPOSOR UVA-URSİ KOMPLEKS 24
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ
Ayıqulağının duru ekstraktı (yarpaqları) (Arctostaphylos uva-ursi Sprengel. leaves) - 1041 mq Süpürgə kolunun duru ekstraktı (çiçəklənən başlıqdan) (Calluna vulgaris L. flowering tops) - 1107 mq
Tozağacının duru ekstraktı (yarpaqları) (Betula Alba L. leaves) - 954 mq Şam ağacının essensial yağı (yarpaqları) (Pinus sylvestris L. leaves) - 8.41 mq
Köməkçi maddələr:qliserin, su.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR Sidik-ifazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA
Böyüklər – 1 ml gündə 3 dəfə. Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. İstifadə müddəti on dörd gündən artıq davam etməməlidır.
ƏLAVƏ TƏSİRLƏRİ
Aşkar olunmayıb.
ƏKS GÖSTƏRİŞLƏR Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ Xəstəliklərin müalicəsi məqsədi ilə istifadəedilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
YARARLIQ MÜDDƏTİ 3 il.
SAXLANMA ŞƏRAİTİ
250C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
BURAXILIŞ FORMASI Komposor Uva-Ursi Kompleks 24, 50 ml daxilə qəbul edilən məhlul, şüşə flakonda, karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİL
İSTEHSALÇI Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya