PharmEd

Olimp Labs

Kolagen activ plus

 

Tərkibi:

8 tabletin tərkibində

Kollagen                     7,2  q

Vitamin C                    24  mq

Vitamin B6                0,4  mq

Kalcium                     240  mq

Maqnezium         112,5  mq

 

Farmakoloji xüsusiyyətləri: 

Kollagen dəriyə elastiklik verir, onun formasını saxlayır, habelə xarici görünüşünü və strukturunu təmin edir. Dəridə olan zülalların 70%-i kollagendir. 20 yaşına nisbətən 30 yaşdan sonra dəri 2 dəfə az kollagen sintez edir. Kollagenin azalması qırışların əmələ gəlməsinə gətirib çıxarır, dəri tonusunu və elastikliyini itirir, nazik və boşalmış olur. Dəridə olan kollagenin 90%-i epidermisdə deyil, dərinin dərin qatında –  dermada yerləşir.

Vitamin C olmadan yeni kollagen sintez edilə bilməz. Vitamin C fibroblastlar tərəfindən kollagenin sintezini sürətləndirir. 

Vitamin B6 kollagenin istehsalını aktivləşdirir, dərinin fəaliyyətini yaxşılaşdırır.

Kalsium və maqnezium ferment sistemlərinin tərkib hissəsi olmaqla, kollagen sintezini stimullaşdırır.

 

İstifadəsinə dair tövsiyələr: Bütün növ plastik cərrahi əməliyyatlardan sonra birləşdirici toxumanın bərpası üçün, dərinin regenerasiyası (bərpası), dermada yeni, orqanizmin öz kollagen liflərinin sintezi, qırışlar, akne, transplantatın birləşməsi, donor dərisinin birləşməsi, yanıq travmaları, müxtəlif dərəcəli travmalar, posttravmatik (o cümlədən atrofik) çapıqlar, cırılmış yaralar, əməliyyat sonrası osteoplastika, travmatik amputasiya, dartılmalar, dəridə təbii kollagen sintezini artırmaq, üzdə, dəridə qırışları aradan qaldırmaq, dərinin qocalmasının qarşısını almaq və gəncləşdirmək, dərini təravətləndirmək və gözəlləşdirmək.

 

İstifadəyə dair məhdudiyyətlər: 

Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq, hamiləlik və laktasiya dövrü.

 

İstifadə qaydası: 4 tabletdən gündə 2 dəfə.

 

Buraxılış forması: qutuda 80 tablet, təlimat vərəqəsi ilə birlikdə.

 

Saxlanma şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.

 

Yararlıq müddəti: yararlıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: Olimp Laboratories, Nagawczyna 109 c, Poland-39-200 Debica