PharmEd

Herba Flora

Immun 10

İstifadəsinə göstəriş

(aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə
olunur):

Kəskin respirator virus infeksiyalarının müalicə və profilaktikası
(o cümlədən qrip, paraqrip)

Tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsi

Kəskin və xroniki virus infeksiyalarının kompleks müalicə və
profilaktikası

(herpesvirus, rotavirus, enterovirus, Covid-19 və s.)

Bakterial infeksiyaların kompleks müalicəsi

Soyuqdəymə

Müxtəlif etiologiyalı immunodefisit vəziyyətlərin kompleks
müalicəsi

Antibiotiklərlə uzunmüddətli müalicə zamanı

18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl
daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür. Preparatın uzun müddət
istifadəsi yolverilməzdir.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Digər dərmanlarla qarşılıqlı təsiri: Birlikdə istifadə zamanı
immunostimulyator preparatların dozası azaldıla bilər.

Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton
qablaşdırmada.

İstehsalçı: “ Herba Flora” MMC, Azərbaycan.