
Apex-TT
İfenal 600 mq
Ifenal
İbuprofen 600 mq
IFENAL - AĞRISIZ QAL!
Farmakoloji xüsusiyyətləri:
Preparat qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) aiddir. İfenal ağrıkəsici, iltihabəleyhinə və qızdırma salıcı təsirlərə malikdir. Qeyri-selektiv olaraq S0G1 və SOG2-ni blokada edir. İbuprofenin təsir mexanizmi ağrı, iltihab və hipertermik reaksiyaların mediatorlarının - prostaqlandinlərin sintezini tormozlaması ilə bağlıdır.
Farmakokinetikası: Absorbsiyası yüksəkdir, plazma zülalları ilə birləşməsi — 90%. Oynaq boşluqlarına tədricən nüfuz edir, sinovial toxumada ləngiyir və orada plazma konsentrasiyasına nisbətən daha yüksək konsentrasiyaları yaranır. Onurğa beyni mayesində plazma ilə müqayisədə ibuprofen daha aşağı konsentrasiyalarda aşkar edilir. Absorbsiyadan sonra farmakoloji qeyri-aktiv R-formanın 60%-ə yaxın hissəsi mədə-bağırsaq traktında və qaraciyərdə aktiv S-formaya çevrilir. Qaraciyərdə metabolizmə məruz qalır.
Plazmada maksimal konsentrasiyanın yaranma vaxtı T max. - 1-2 saat.
Yarımxaricolma dövrü 2 saat.
Böyrəklər vasitəsilə verillmiş dozanın 70-90% və az dərəcədə ödlə (2%-dən az) xaric olur.
İstifadəsinə göstərişlər:
Baş və diş ağrıları
Miqren
Ağrılı menstruasiya
Nevralgiya
Bel ağrıları
Əzələ ağrıları və revmatik ağrılar
Həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlər
Əks göstərişlər:
Mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri kəskinləşmə fazasında, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında, xorali kolit, peptik xora, Kron xəstəliyi, ürək çatışmazlığı, arterial hipertenziyanın ağır gedişi, ibuprofenə və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq, asetilsalisil turşusuna qarşı dözümsüzlüyün tam və ya natamam sindromu (rinosinusit, övrə, burnun selikli qişasının polipləri, bronxial astma), görmə sinirinin nevriti; rəngli görmənin pozulması, ambliopiya, scotoma, qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı, hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər, hipokoaqulyasiya vəziyyətləri, hamiləliyin III trimestri, laktasiya dövrü, Qaraciyərin ifadə olunmuş funksional pozğunluqları, aydın ifadə olunmuş böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən aşağı), eşitmənin zəifləməsi, vestibulyar aparatın patologiyası, aorta-koronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr, mədə-bağırsaq qanaxmaları və beyindaxili qansızma, hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər 6 yaşa qədər uşaqlar.
Dozalanma və istifadə qaydası:
Ağrı olan zaman bir həbdən, 2-3 dəfə. Tək və ya yeməklə birlikdə qəbul edilə bilər. Adətən yeməkdən sonra və ya süd ilə qəbul etmək tövsiyə olunur (mədənin zədələnməsinin ehtimalı azalır).
İstehsalcı: Norman Laboratoriyaları S.A., Madrid, , İspaniya