PharmEd

Herba Flora

Hepartea

HEPARTEA

Qaraciyər üçün çay

 

Tərkibi:

Ləkəli alaqanqal toxumu, zəyərək toxumu, qarğıdalı saçağı, dazıotu otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu.

 

Kimyəvi tərkibi:

Ləkəli alaqanqal toxumunun tərkibində flavonol-liqnanlar (silimarin, silibin, silidianin, taksifolin, silixristin), flavonoidlər (kversetin), 32% piyli yağlar, qətranlar, selik, az miqdarda alkaloidlər, biogen aminlər (tiramin, histamin), K vitamini və s. vardır. Zəyərək toxumunun tərkibində linolen, linol, olein, palmitin və stearin turşularının triqliseridlərindən ibarət piyli yağlar (30-48%), 1,5%-ə qədər linamarin qlikozidi, selik (5-12%), zülal (18-33%), karbohidratlar (12-26%), üzvi turşular, fermentlər, A vitamini, sterollar və s. vardır. Qarğıdalı saçağının tərkibində qlikozidlər, saponinlər, alkaloidlər, beta-sitosterin, piyli yağlar, acı maddələr, efir yağı, qətranlar, şəkərlər, K, B1, B2, B6, D, E vitaminləri, askorbin turşusu və s. vardır. Dazıotu otunun tərkibində flavonoidlər (rutin, kversitrin, izokversitrin, kversetin), 13%-ə qədər aşı maddələri, hiperin, hiperisin, hiperozid (0,7%-ə qədər), azulen, 0,1-1,25% efir yağı (a-pinen, mirsen, sineol, geraniol), qətranlar (17%), antosianlar (6%-ə qədər), saponinlər, P, PP vitaminləri, askorbin turşusu, karotin, xolin, nikotin turşusu, K, Ca, Mo, Se, Cd və s. vardır. Boymadərən otunun tərkibində acı maddə axillein (0,05%), K vitamini, karotin, askorbin turşusu, seskviterpenlər, qətranlar, aşı maddələri, 1%-ə qədər efir yağı (30% azulen), pinen, borneol, mürəkkəb efirlər (13%-ə qədər), kamfora, tuyon, sineol (10%-ə qədər), üzvi turşular (qarışqa, sirkə, izovalerian), spirtlər (20%), K, Ca, Mg, Mo, Cu, Zn, Se və s. vardır. Üçbölümlü yatıqqanqal otunun tərkibində 10-a qədər flavonoid (lüteolin-D-qlükopiranozid, butein, sulfuretin, butein-D-qlükopiranozid), 6,5%-ə qədər kondensasiya olunmuş aşı maddələri, qırmızı flobafen, karotin (60 mq%-ə qədər), kumarinlər (umbelliferon və skopoletin), askorbin turşusu (950 mq%-ə qədər), az miqdarda efir yağı, selik, aminlər, acı maddələr, Zn, Sr, Se və s. vardır.

 

Farmakoloji təsiri:

Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır.

 

İstifadəsinə göstəriş:

Kəskin və xroniki hepatitlər, qaraciyər sirrozu, toksik hepatitlər (alkoqolizm, antibiotiklərin, psixotropların, oral kontraseptivlərin, tuberkulostatiklərin qəbulu), diabetik hepatopatiya, hamiləliyin I yarısının toksikozu, qaraciyərin piy distrofiyası, yenidoğulmuşların sarılığı, qaraciyərdə aparılan cərrahi müdaxilələrdən və şüa terapiyasından sonrakı dövr.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 30 gündür.

Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 

Reseptsiz buraxılır.

Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.

 

Saxlanma şəraiti:

Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

 

İstehsalçı: “Herba Flora” MMC