
Olimp Labs
Gold-Vit D3 Baby
Tərkibi 1 kapsulda:
Vitamin D (Cholecalciferol) 10 mkq
Köməkçi maddələr: orta zəncirli trigliseridlər ilə yağ (oil with medium-chain triglycerides (MCT oil)), jelatin (gelatin), qliserin (glycerol)
İstifadə sahəsi və əsas göstərişlər: Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir.
İstifadə qaydası: 1.5 yaşdan yuxarı uşaqlar: 1 kapsul gündə 1 dəfə. Məhsul yeməklə birlikdə qəbul edilməlidir. Kapsulun ucunu bükün və açın. Kapsulu açmaq çətindirsə, ucunu kəsin. Kapsulun içindəkini birbaşa körpənizin ağzına, qaşıqa və ya yeməyə sıxın (məsələn: ana südü və ya uşaq yarması).
Əks göstərişləri: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olanlar və 1.5 yaşa qədər olan uşaqlar istifadə etməməlidir.
Buraxılış forması: Karton qutu, 60 kapsul, təlimat vərəqəsi ilə birlikdə
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Saxlanma şəraiti: +250C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.
Polşada (Avropa Birliyi) istehsal olunmuşdur.
İstehsalçı: Olimp Laboratories Sp. z o.o. PL – 39-200 Dębica, Nagawczyna 109c, tel. +48 146803200, fax + 48 146803265