PharmEd

Olimp Labs

Glucosamine plus

 

Tərkibi: Hər bir kapsulun tərkibində vardır:

 

1 kapsul:     

Glukozamin sulfat 2 KCl     1333,3 mq

Xondroitin     200 mq

Vitamin C      12 mq

 

 

 

Farmakoloji xüsusiyyətləri: Glucosamine plus – sümüklərin, oynaqların, birləşdirici toxumaların və qığırdaqların düzgün inkişafını təmin edən qida əlavəsidir.

Qlükozamin sulfat 2KCl xərçəngəbənzərlərin üst qabığından istehsal olunur. Bu bioliji əlavə olan qida qığırdaqlarda maddələr mübadiləsini aktivləşdirir, oynaqlara və birləşdirici toxumaya qida dəstəyini verir. Qığırdaqları bərpa edir. İltihab əleyhinə təsirə malikdir.

Oynaqların, sümüklərin düzgün inkişafında böyük rol oynayır.

Xondroitin – yüksək molekulalı mukopolisaxariddir, qığırdağın düzgün formalaşmasında böyük rol oynayır. Toxumadaki fosfor-kalsium mübadiləsini surətləndirir. Zədələnmiş qığırdağın bərpasını surətləndirir. Ağrını azaldır və zədələnmiş oynaqların hərəkətini yaxşılaşdırır.

Vitamin C – kollagenin sintezini aktivləşdirir, sümüklərin elastikliyini artırır – sınıqların baş verməməsinə mane olur.

İstifadəsinə dair tövsiyələr:

- Onurğanın və oynaqların degenerativ-distrofik xəstəliklər (artrozlar).

- Oynaqların bərpası (travma və sınıqlardan sonra).

İstifadəyə dair məhdudiyyətlər:

Məhsulun tərkibində olan hansısa komponentə qarşı həssaslıq, hamiləlik, laktasiya dövrü.

İstifadə qaydası: 1 kapsuldan gündə 2 dəfə yemək vaxtı, çoxlu miqdarda su ilə.

Müalicə kursu 6-8 həftə

Buraxılış forması: Qutuda 60 kapsul, təlimat vərəqəsi ilə birlikdə.

Dərman vasitəsi deyil, qidaya əlavədir.

Saxlanma şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.

Yararlıq müddəti: yararlıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı: Olimp Laboratories, Nagawczyna 109 c, Poland-39-200 Debica