
OlainFarm
Fenkarol 10mq
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“16” sentyabr 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FENKAROL 10 mq; 25 mq və 50 mq tabletlər
FENKAROL
Beynəlxalq patentləşdirilməmiş adı: Quifenadine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 25mq və ya 50 mq xifenadin (kvifenadin)
hidroxlorid vardır.
Köməkçi maddələr:
10 mq və 25 mq tabletlər: şəkər, kartof nişastası, kalsium stearat.
50 mq tabletlər: şəkər, kartof nişastası, modifikasiyaolunmuş qarğıdalı nişastası, kalsium
stearat.
Təsviri
10 mq tabletlər
Dayaz silindrik formalı iti uclu və üzərində xətti olan ağ rəngli tabletlərdir.
25mq və 50 mq tabletlər
İti uclu dayaz silindrik formalı ağ tabletlərdir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün qeyri-antihistamin vasitələr.
ATC kodu: R06AX31.
Farmakoloji xüsusiyyətləri
Xifenadin histaminin orqanizmin orqanlara və orqanlar sisteminə təsirini zəiflədərək antiallergik təsir göstərir. Bu qrupun digər klassik preparatlarından fərqli olaraq xifenadin xüsusi təsir mexanizminə malikdir, belə ki, o periferik toxumalarda H1-histamin reseptor-larını blokadaya alır, eləcə də, diaminoksidazanı aktivləşdirir (histamini inaktivləşdirən fer-ment), beləliklə, toxumalarda histaminin səviyyəsini aşağı salır. Bu, digər antihistamin va-sitələrlə müalicədə xifenadinin daha effektiv olduğunu göstərir.
Xifenadin mədə-bağırsaq traktından tez sorulur və 30 dəqiqədən sonra orqanizmin toxuma-larında olur. Qan plazmasında 1 saatdan sonra maksimal konsentrasiyaya çatır. Qaraciyərdə metabolizmə uğrayır. Metabolitlər və xifenadinin dəyişilməmiş hissəsi əsasən sidik və ödlə 48 saat ərzində xaric olunur.
İstifadəsinə göstərişlər
Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem, dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və
ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.
Əks göstərişlər
Xifenadinə və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq.
Hamiləliyin ilk 3 ayında əks göstərişdir, hamiləliyin qalan vaxtlarında məsləhət görül-
mür.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-qan damar sisteminin, mədə-bağırsaq traktının, qaraciyər və böyrəklərin ağır
xəstəliklərində ehtiyatla istifadə etmək lazımdır.
Fenkarol mərkəzi sinir sisteminə aydın ifadə olunan təsir göstərmir, lakin tək-tək
hallarda zəif sedativ effekt müşahidə edilir.
Tabletlərin tərkibinə şəkər daxildir. Preparatı fruktozaya qarşı nadir irsi dözümsüzlüyü,
qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı olan pasi-yentlərdə istifadə etmək məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xifenadin alkoqolun və yuxugətirici vasitələrin mərkəzi sinir sisteminə dağıdıcı
təsirini gücləndirmir.
Xifenadin zəif M-xolinoblokadaedici təsirə malik olub mədə-bağırsaq traktının
hərəkətini zəiflədir və gec absorbsiya olunan dərman vasitələrinin (məsələn, dolayı təsirli
antikoaqulyantlar-kumarinlər) sorulmasını artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Hamiləliyin
qalan vaxtlarında məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu təyin etmək lazımdır.
Sedativ təsir göstərən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək
məsləhət görülmür.
İstifadə qaydası və dozası
Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir.
Fenkarol 25mq tabletlər və Fenkarol 50mq tabletlər
Böyüklər
25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq təşkil edir.
12 yaşdan böyük uşaqlar
25 mq gündə 2-3 dəfə.
Müalicə kursunun davamlılığı 10-20 gün təşkil edir. Ehtiyac olduqda kurs təkrarlanır.
Fenkarol 10 mq tabletlər(uşaqlar üçün)
3 yaşa qədər uşaqlara 5 mq (yarım tablet) dozada gündə 2-3 dəfə.
3-7 yaş uşaqlarda
10 mq gündə 2 dəfə.
7-12 yaş uşaqlara
10-15 mq gündə 2-3 dəfə.
Məsləhət görülən sutkalıq dozanı 4 qəbula bölmək olar.
Müalicə kursunun davamlılığı 10-15 gün təşkil edir.Ehtiyac olduqda müalicə kursunu
təkrar etmək olar.
Əgər preparatın qəbulunu ötürmüsünüzsə dərhal qəbul e din, əgər digər qəbulun vaxtı çatıbsa, əvvəlki qəbulu ötürün. Heç vaxt ikiqat doza qəbul etməyın.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi Fenkarol da əlavə təsirlər göstərə bilər, lakin bunlar, hər pasiyentdə müşahidə edilmir.
Əlavə təsirlərin tezliyi:
tez-tez rast gələn-10 pasiyentdən 1 və ya daha çoxunda;
te-tez rast gələn-10 pasiyentdə 1 nəfərdən az, 100 pasiyentdə 1 nəfərdən çox;
bəzən rast gəlinməyən-100 pasiyentdə 1nəfərdən az, 1000 pasiyentdə 1 nəfərdən çox;
nadir hallarda rast gələn -1000 pasiyentdə 1 nəfərdən az, 10000 pasiyentdə 1 nəfərdən çox;
çox nadir hallarda rast gələn-10000 pasiyentdə 1 nəfərdən az;
məlumolmayanlar(əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil).
Tez-tez rast gələnlər-ağızda quruluq.
Bəzən rast gələnlər-başağrısı, yuxululuq, dispeptik təzahürlər (ürəkbulanma, qusma), preparatın dozasını aşağı saldıqda və ya qəbulunu dayandırdıqda bu əlamətlər itir.
Təlimatda göstərilməyən əlavə təsirlər yarandıqda, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılmasına şübhə olduqda həkimə müracıət edin.
Simptomları
Selikli qişaların quruluğu, başağrısı, qusma, mədədə ağrı və dispeptik təzahürlər.
Müalicəsi
Detoksikasiyanın ümumi qaydaları (mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu) və simptomatik terapiya. Spesifik antidotu yoxdur.
Buraxılış forması
10 mq tabletlər
10 tablet torşəkilli hüdudları olan blisterdə. 1 və ya 2 blister (10 və ya 20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
25 mq tabletlər
10 tablet torşəkilli hüdudları olan blisterdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
50 mq tabletlər
15 tablet torşəkilli hüdudları olan blisterdə. 1 və ya 2 blister (15 və ya 30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, nəmdən və işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Olaynfarm” SC.
Ünvan
Rupnis k., 5, Olayne, LV-2114, Latviya.