PharmEd

Herba Flora

Feminika

FEMİNİKA
Hormonal balansı tənzimləmək üçün çay

 

Tərkibi:
Aslanpəncəsi otu, boymadərən otu, qara zirə toxumu, gülümbahar çiçəyi, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

 

Farmakoloji təsiri:
Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Endokrin vəzlə­rin funksiyasını tənzimləyir, hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual sikli tənzimləyir, mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanın qar­şı­sı­nı alır, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamət­ləri azaldır. Qaraciyərin antitoksik funksiyasını aktivləşdirir, toksinləri ney­tral­laşdırır. Enterosorbent olduğu üçün intoksikasiya əlamətlərini aradan qaldı­rır. İmmun sistemi aktivləşdirir, orqa­niz­min bakteriya və göbələklərə qarşı müqavimətini artırır.

 

İstifadəsinə göstəriş:
Dismenoreyalar (alqomenoreya, poli­me­no­reya, hipermenoreya)
Sarı cisim çatışmazlığı (hipopro­ges­te­ro­nemiya)
Erkən menopauza
Menopauza əlamətləri (istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə)
Mastopatiyalar

 

Əks-göstəriş:
Çayın komponentlərinə qarşı fərdi həssaslıq, hipomenoreya, oliqomeno­reya. Kontraseptivlər və hormonal preparatlarla birlikdə qəbulu həkim məsləhəti ilə olmalıdır.

 

İstifadə qaydası:
2 filtr-bağlama 100 ml (1/2 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 də­fə, hər dəfə 100 ml (1/2 stəkan) yemək­dən 30 dəqiqə əvvəl daxilə qəbul olu­nur.

Qəbul müddəti minimum 3 ay­dır. Uzun müddət qəbul oluna bilər.

 

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.

 

Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.

Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

 

İstehsalçı: “Herba Flora”MMC