PharmEd

Profarma Pharmaceutical

Ekoflakton

EСOFLAKTON

 

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 

TƏRKİBİ

Bir kapsulun tərkibinə daxildir:

Fibersol (Fibersol) 250 mq

Maltodekstrin (Maltodextrin) 94,5 mq

Fruktooliqosaxaridlər (FOS) 5mq

Lactobacillus acidophilus 6x108 CFU

Bifidobacterium bifidum 2x108 CFU

Bifidobacterium lactis 2x108 CFU

Bifidobacterium longum 2x108 CFU

*CFU= colony-forming unit (koloniya-formalaşdırma vahidi)

Köməkçi maddələr: talk, silisium, hidroksipropil metilsellüloza, bitki mənşəli maqnezium stearat.

 

XÜSUSİYYƏTLƏRİ

Eсoflakton BFMQƏ aid olub, tərkibi probiotiklər kimi fəaliyyət göstərən və insanın həzm sisteminin təbii sakinləri olan faydalı bakteriyaların 4 liofilizə olunmuş ştamlarının qarışığından ibarətdir.

İnulin tərkibli prebiotiklərdən fərqli olaraq, Eсoflaktonun tərkibində pH turşuluğuna qarşı davamlı olan, həzmi yaxşılaşdıran, prebiotik təsirə malik olan fruktooliqosaxaridlər və fibersol kimi liflər vardır. Eсoflakton, həmçinin, bağırsaq mikroflorasının bərpasına köməklik edir, belə ki, orqanizmdə olan faydalı bakteriyalar ətraf mühitin təsirindən yaxud pəhriz saxladıqda öz aktivliyini itirə bilərlər.

 

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədi ilə tövsiyə olunan bioloji fəallığa

malik qida əlavəsi.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

4 yaşdan yuxarı uşaqlara və böyüklərə - 1 kapsul 1 dəfə.

 

ƏLAVƏ TƏSİRLƏR

Tərkib hissələrinə qarşı həssaslıq olduqda, allergik reaksiyaların yaranması mümkündür.

 

ƏKS GÖSTƏRİŞLƏR

Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

 

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Uşaqların əli çatmayan yerdə saxlayın.

 

SAXLANMA ŞƏRAİTİ

250C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən yerdə və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Kapsul № 20 (2x10) blisterdə, karton qutu qablaşmada.

 

DƏRMAN VASİTƏSİ DEYİL

 

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya