
Remedi
Depovit tablet
Depovit tablet
İstifadə üçün təlimat
Bioloji fəallığa malik qida əlavəsidir(BFMQƏ). Dərman vasitəsi deyildir.
Depovit tablet
Tərkibi (bir tabletdə):
Təsiredici maddələr: Vitamin D3 25 mkq (1000 BV), xolekalsiferol, (as Cholecalciferol 25 mcg (1000 IU)).
Köməkçi maddələr: Sorbitol (Sorbitol), Lactose (Laktoza), Microcrystalline cellulose (Mikrokristallik sellüloza), Corn starch (Qarğıdalı nişastası), Gum Arabic (Ərəb saqqızı), Magnesium stearate (Maqnezium stearat).
Xüsusiyyətləri: Məhsulun tərkibindəki D3 vitamini sümüklərin formalaşmasında və sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır.
İstifadə üçün göstərişlər: D3 vitamini defisitinin profilaktikası, immun sistemin gücləndirilməsi, postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunur. D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ- dir, xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Əks göstərişlər və əlavə təsirlər: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər vərəminin aktiv forması.
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlara və böyüklərə gündə 1 tablet 1 dəfə tövsiyə olunur. Digər hallarda həkim məsləhəti ilə.Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Tablet, karton qutuya qablaşdırılmış blisterlərdə, hər blisterdə 20 tablet olmaqla 3 blister, № 60 tablet.
Saxlanma şəraiti: 250 C-dən yüksək olmayan temperaturda, quru, günəş şüalarından qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il
Depovit tabletlər normal qidalanmanı əvəz etmir. Yanaşı xəstəliklər və ya dərman istifadəsi zamanı həkiminizlə məsləhətləşin.
İstehsalçı: KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.
Ünvan: Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21 Yenimahalle / ANKARA / TÜRKİYE. Tel: +90 312 397 65 70 Faks: +90 312 397 88 75 - www.kocilac.com / [email protected]