
Remedi
Depovit damcı
DEPOVİT oral damla
İstifadə üçün təlimat
Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.
Tərkibi :
Təsiredici maddə : Xolekalsiferol 50.000 BV.
(1 ml-də 25 damla, 1 damlada 133 BV vitamin D3 mövcuddur.)
Köməkçi maddə : Zeytun yağı.
Xüsusiyyətləri : Depovit qida əlavəsinin əsas təsiredici komponenti xolekalsiferol (Vitamin D3)-kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, dəridə günəş şüalarının təsirindən yaranır. Komponent sümüklərin, skeletin və dişlərin normal inkişafına səbəb olur. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini təmin edərək antiraxitik təsir göstərir. Böyrəklərdə kalsium və fosfatların reabsorbsiyasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu təmin edir, miokardın funksiyasını tənzimləyir, sinir impulslarının ötürülməsində , ATF-in sintezində iştirak edir. Vitamin qalxanabənzər ətraf vəzinin normal funksiyasını təmin edir. Komponent limfokinlərin sintezinə müsbət təsir edərək qeyri-spesifik immunitetin formalaşmasında mühüm rol oynayır.
Göstərişlər: D-hipo və avitaminozunun, raxitin profilaktikası, osteomalyasiya və osteoporozun kompleks profilaktikası məqsədilə qida rasionun D3 vitami ilə zənginləşdirilir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Əks göstərişlər və əlavə təsirlər: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 1,5 yaşa qədər uşaqlar, D hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər vərəminin aktiv forması. Mədə-bağırsaq xorasında, ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit, miokardit və s.) ehtiyatla istifadə edilməlidir.
Xəbərdarlıq: Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul edilmir.
İstifadə qaydası və dozalanması:
1,5-4 yaş arası uşaqlar üçün gün ərzində 1 dəfə 1 damla, 4-14 yaş arası uşaqlar üçün 2 damla gündə 1 dəfə nəzərdə tutulur.14 yaşdan yuxarı və böyüklərdə 4 damla gündə 1 dəfə daxilə qəbul olunur. Tövsiyə olunan sutkalıq dozanı keçməyin. Digər istifadə qaydası və dozalanmasına həkim məsləhəti əsasında icazə verilir.
Buraxılış forması: DEPOVİT oral damla, 15 ml şüşə flakonda karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif çöküntü və ya zəif bulanıqlıq yarana bilər ki, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.
Yararlıq müddəti: 36 ay
DEPOVİT oral damla normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkiminizlə məsləhətləşin.
İstehsalçı: KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.
Ünvan: Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21 Yenimahalle / ANKARA / TÜRKİYE. Tel: +90 312 397 65 70 Faks: +90 312 397 88 75 - www.kocilac.com / [email protected]