PharmEd

Profarma Pharmaceutical

Dalivit plus

DALİVİT PLUS

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 

TƏRKİBİ

28 damcının (1,4 ml) tərkibində:

Vitamin A                        500 µq

Vitamin D3                      5 µq

Vitamin B1                      1,1 mq

Vitamin B2                      1.4 mq

Vitamin B6                      1,4 mq

Vitamin B3                      15 mq

Vitamin B5                      6 mq     

Vitamin C                        80 mq

Köməkçi maddələr: su, qliserol, qlükoza siropu, şirin portağal, polioksietilen, sorbitan monooleat, kalium sorbat, natrium benzoat, sukraloza, ksantan kitrəsi.

 

XÜSUSİYYƏTLƏRİ

Dalivit Plus-un tərkibinə daxil olan A vitamini görmə qabiliyyətini yaxşılaşdırır. D3 vitamini sümük, dişlər və dərinin inkişafını və raxitin qarşısını alınmasını təmin edir. B1, B2, B3, B5, B6 vitaminləri sinir sisteminin inkişafı və fəaliyyəti üçün əhəmiyyətli maddələrdir. Vitamin C kiçik qan damarlarını möhkəmləndirir, diş əti və qığırdaqların inkişafı və dəmirin mənimsənilməsi üçün vacib amildir.

 

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR

Vitaminlərin əlavə mənbəyə kimi tövsiyyə olunan bioloji fəallığa malik qida əlavəsi.

 

İSTİFADƏ QAYDALARI VƏ DOZA

1-6 yaş - 28 damcı gündə 1 dəfə.

7-14 yaş – 35 damcı gündə 1 dəfə.

14 yaşdan yuxarı uşaqlar və böyüklər – 45 damcı gündə 1 dəfə.

Dalivit Plus dilin altına damcılanır. Həmçinin damcıları meyvə şirəsi və başqa içkilərə də əlavə etmək olar. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

 

ƏLAVƏ TƏSİRLƏR

Tərkib hissələrinə qarşı allergik reaksiyaların yaranması mümkündür. 

 

ƏKS GÖSTƏRİŞLƏRİ

Məhsulun hər hansı bir komponentə qarşı fərdi həssaslıq.

 

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

25C-dən yüksək olmayan temperaturda, quru, günəş şuası düşməyən və uşaqların əli çatmayan yerdə saxlayın.

 

 

BURAXILIŞ FORMASI

Məhlul-damcı 30 ml şüşə flakonda, karton qutu qablaşmada.

 

DƏRMAN VASİTƏSİ DEYİL

 

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya