
Profarma Pharmaceutical
Bialfer
BİALFER örtüklü tabletlər
BIALFER
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 90 mq dəmir (quru dəmir-sulfat şəklində),
1 mq fol turşusu vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, povidon, talk, susuz sitrat turşusu,
maqneziuim-stearat, Eudrajit RLPO®, Opadri OY-S-33019 ®.
Təsviri
Girdə, narınci rəngdə tabletlərdir.
Farmakoterapevtik qrupu
Anemiyaəleyhinə preparatlar.
ATC Kodu:B03A D03
Farmakoloji xüsusiyyətləri
BİALFER-nin tərkibinə qanyaranmanın ardıcıl mərhələləri üçün vacib olan iki anemiyaəleyhinə faktor- ikivalentli dəmir və fol turşusu daxildir.
İstifadəsinəgöstərişlər
Hamiləlik dövründə dəmir və fol turşusunun çatışmazlığı hallarının profilaktikası.
Əks göstərişlər
Dəmirə, fol turşusuna və ya Bialfer-nin tərkibindəki digər maddələrə qarşı yüksək həssaslıq
Orqanizmdə dəmirin miqdarı normadan artıq olduqda (hemoxromatoz, hemosideroz)
B12 vitamini çatışmazlığı (meqaloblastik anemiya)
Təkrar qanköçürməyə məruz qaldıqda
Yanaşı olaraq dəmirlə parenteral müalicə qəbul etdikdə.
Xüsusi göstərişlər
Bialfer dərman vasitəsini qəbul etməzdən əvvəl aşağıda göstərilmiş hallar nəzərə alınmalıdır:
Kəskin mədə-bağırsaq xəstəlikləri.
Hamiləlik planlaşdırıldıqda sinir borusunun defektlərinin qarşısının alınması məqsədi ilə
istifadə oluna bilməz.
B12 vitamin çatışmazlığı anemiyası və yaxud bədxassəli anemiya.
Ailə anamnezində hemoxromotoz və ya dəmirin həddindən artıq yüklənmə sindromu olan
pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Bəzi şəkərlərə, xüsusilə laktozaya qarşı dözümsüzlük.
BİALFER qəbul etdikdə nəcis tünd yaşıl və yaxud qara rəngə boyana bilər. Bu effekt təhlükəli deyil.
BİALFER-in tərkibindəki bəzi maddələr haqqinda bəzi məlumat:
BİALFER-in tərkibində laktoza vardır. Əqər Sizə həkim tərəfindən bəzi şəkərlərə qarşı dözümsüzlük diaqnozu göyulubsa, bu zaman dərman vasitəsinin qəbulundan əvvəl həkiminizlə əlaqə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla hal-hazırda və yaxud yaxın günlərdə hər hansı dərman vasitəsi qəbul etmisinizsə, bu barədə həkiminizə və yaxud əczaçıya məlumat verməyiniz lazımdır.
Tetrasiklin və xinolon qrupuna aid olan antibakterial vasitələr qəbul edirsinizsə, BİALFER on-lardan ən azı 2-3 saat əvvəl, yaxud sonra qəbul edilməlidir.
Tərkibində tiroksin və penisillamin olan dərman vasitələrini qəbul etdikdə BİALFER onların effektini zəiflədə bilər.
Antasidlər, kalsium əlavələri, yaxud tərkibində bikarbonat, karbonat, oksalat və yaxud fosfatlar olan dərman vasitələri dəmirin sorulmasını zəiflədə bilər. Tərkibində askorbin turşusu olan dər-man vasitələri dəmirin absorbsiyasını (sorulmasını) dəyişə bilər.
Xloramfenikol tərkibli dərman vasitələri fol turşusunun sorulmasını zəiflədə bilər.
Tərkibində metildopa olan dərman vasitələri qəbul edirsinizsə, BİALFER onların hipotenziv effektini azalda bilər.
Fenitoinlə müalicə olunan epileptik xəstələrdə BİALFER tutmaların tezliyinin artmasına səbəb ola bilər.
Maqnezium trisilikat və sulfssalazin fol turşusunun absorbsiyasını azalda bilər. Ko-trımoksazol, sulfanilamidlər və aminoteprin fol turşusunun metabolizmınə təsir edə bilər.
BİALFER-in qida və içkilərlə birlikdə istifadəsi
Tableti az miqdarda su və yaxud meyvə şirəsi ilə (südlə qadağandır), bütöv halda udmaq lazım-dır. Acqarına qəbul etmək daha yaxşı olardı. Lakin mədə pozulmaları olduqda, yeməkdən sonra da qəbul edilə bilər (səhər və yaxud nahar yeməyindən sonra).Çay, kofe, süd və yaxud yarma ki-mi bir çox ərzaqlar dəmirin sorulmasını zəiflədə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə və yaxud əczaçı ilə
məsləhətləşin.
Hamiləliyin 1 trimestrində istifadə etmək tövsiyə edilmir.
Hamiləlik zamanı BİALFER-in istifadəsi təhlükəsizdir. Hamiləlik dəmir və fol turşusunun çatışmazlığına səbəb olur, odur ki, belə halların qarşısının alınması üçün BİALFER-in təyin edilməsi tövsiyə olunur.
Lakin, preparatın hamilə olmağı planlaşdıran qadınlarda sinir borusunun defektlərinin profilaktikası məqsədi ilə istifadəsi nəzərdə tutulmur.
BİALFER dərman vasitəsinin təsiredici maddəsi olan fol turşusunun və dəmirin laktasiya zamanı istifadəsi təhlükəsizdir, baxmayaraq ki, fol turşusu ana südü ilə xaric olur. Laktasiya fizioloji hal-dır və bu zaman dəmir və fol turşusunun çatışmazlığı inkişaf edə bilər. Odur ki, BİALFER-in qəbulu bu çatışmazlığın qarşısının alınması üçün göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və yaxud çox cüzi təsir göstərir.
İstifadə qaydası və dozası
Həkiminizin təyin etdiyi qaydada istifadə edin. Əmin olmadıqda həkiminizlə və yaxud əczaçı ilə məsləhətləşin.
Gündə bir dəfə 1 tablet qəbul etmək məsləhət görülür.
Gündəlik dozanı qəbul etməyi unutduqda
Gündəlik dozanın qəbulunu unutmusunuzsa, buraxılmış dozanı ötürün və reseptdə göstərilən qayda üzrə qəbulu davam etdirin.
Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin.
Qəbulu dayandırdıqda
Preparat təyin olunmuş müalicə kursu bitənə qədər qəbul edilməlidir.Özünüzü yaxşı hiss etmə-yinizə baxmayaraq müalicəni sona qədər davam etdirin. Hər hansı sualınız olarsa, həkiminizə və yaxud əczaşıya müraciət edin.
BİALFER-in qida və içkilərlə birlikdə istifadəsi
Tableti az miqdarda su və yaxud meyvə şirəsi ilə (südlə qadağandır), bütöv halda udmaq lazım-dır. Acqarına qəbul etmək daha yaxşı olardı. Lakin mədə pozulmaları olduqda, yeməkdən sonra da qəbul edilə bilər (səhər və yaxud nahar yeməyindən sonra).Çay, kofe, süd və yaxud yarma ki-mi bir çox ərzaqlar dəmirin sorulmasını zəiflədə bilər.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi BİALFER-in qəbulu əlavə təsirlərin inkişaf etməsinə səbəb ola bilər, lakin onlar hamıda baş vermir.
Əlavə təsirlər daha çox mədə-bağırsaq sistemi tərəfindən müşahidə olunur, xüsusilə qarın nahiyəsində ağrı, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik və yaxud ishal müşahidə olunur. Dəmirin xaric olması nəticəsində nəcis tünd-yaşıl və yaxud qara rəngə boyana bilər. Bu əlavə təsirlər təhlükəli deyil.
Nadir hallarda eritema, dəridə səpgilər, qaşınma və tənəffüsün çətinləşməsi kimi allergik reaksiyalar müşahidə oluna bilər.
Əgər əlavə təsirlər daha ciddi olarsa və yaxud təlimatda qeyd olunmayan əlavə təsirlər baş verərsə, bu barədə həkiminizə və yaxud əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması uşaqlarda, nadir hallarda böyüklərdə baş verə bilər. İntoksikasiyanın inkişaf etməsinə səbəb dəmirin doza həddinin aşılması olur.
Artıq miqdarda BİALFER qəbul etdikdə dərhal yaxındakı tibb müəssisəsinə müraciət edin. Mədə pozulmaları və digər narahatlıqlar zamanı təcili müalicə tələb olunur.
Buraxılış forması
10 tablet blisterdə, 2 və yaxud 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºC-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Bial-Portela&C, Portuqaliya.