PharmEd

Herba Flora

Antixol

Antixol

 

Tərkibi

Zeytun yarpağı, darçın qabığı, məkkəgülü çiçəyi, sarıkök, üzüm tumu, gilas saplağı, əməköməci otu.

 

Kimyəvi tərkibi

Zeytun yarpağının tərkibində fitosterinlər, oleuropein qlikozidi, rutozitin, elenol turşusu, efir yağları, taninlər və s. vardır. Darçın qabığının tərkibində sinnamaldehid, oleorezin, evgenol, efir yağları, aşı maddələri və s. vardır. Məkkəgülü çiçəyinin tərkibində antioksidantlar, antosianlar, C vitamini, pektin maddələr və s. vardır. Sarıkökün tərkibində kurkumin boyaq maddəsi, efir yağları, singiberen, borneol, fellandren və s. vardır. Üzüm tumunun tərkibində proanto­sianidlər, fitoestrogenlər, E vitamini, rezveratol və s. maddələr vardır. Gilas saplağının tərkibində 246 mg% C vitamini vardır. Əməköməci otunun tərkibində C vitamini, karotin, şəkərlər, flavono­idlər, antosian qlikozidi malvin və s. vardır.

 

Farmakoloji təsiri

Tərkibində olan antioksidant birləşmələr sərbəst radikalları, mübadilənin artıq məhsullarını, toksik maddələri zərərsizləşdirərək orqanizmdən xaric edir. Şiş hüceyrələrinin inkişafını ləngidir. Toxumaların oksigenlə təchizatını artırır, vitaminlərlə zəngin olduğu üçün immun sistemi gücləndirir və orqanizmi tonuslandırır. Həzmi, yağ və xolesterin mübadiləsini tənzimləyir, antiaterosklerotik təsir göstərir, piy toxumasını əridir, antisellülit effekt verir. Orqanizmin hüceyrələrini qoruyur və erkən yaşlanmanın qarşısını alır (anti-aging effekt). Sidikqovucudur, örqanizmdə top­lanan artıq mayeni xaric edir və ödemləri azaldır. Qan təzyiqini və qanda şəkərin miqdarını normallaşdırır. Antimikrob, antivirus və göbələk əleyhinə təsirləri var.

 

İstifadəsinə göstəriş

Hiperxolesterinemiya və aterosklerozun profilaktika və müalicəsi

Xronik intoksikasiyaların müalicəsi

Ürək-damar sistemi xəstəliklərinin profilaktika və müalicəsi

Şəkərli diabetin profilaktika və müalicəsi

İmmundefisit halların profilaktika və müalicəsi

Onkoloji xəstəliklərin profilaktikası

Müxtəlif mənşəli ödemlərin müalicəsi

Erkən yaşlanmanın profilaktikası.

 

Əks göstəriş

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası

Bir-iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 10-15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. sonra ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti: 45 gün. 10 günlük fasilədən sonra kurs təkrar edilə bilər. İl ərzində 5-6 kurs keçmək məsləhətdir.

 

Reseptsiz buraxılır.

Buraxılış forması: 25 filtr-bağlama, karton qutuda.

Saxlanma şəraiti

Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

İstehsalçı: “Herba Flora” MMC